Dövlət elmi müəssisələrinin özəlləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılıb
Tarix: 13.10.2014 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət elmi müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa “Elm haqqında” qanun layihəsindən çıxarılıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli bildirib ki, akademiya “Elm haqqında” qanun layihəsini uyğun mütəxəssislərlə birgə müzakirə edib və layihə parlamentin Elm və təhsil komitəsinə təqdim edilib. Onun sözlərinə görə, layihənin hazırkı variantında elmi tədiqat müəssisəsinin özəlləşdirilməsi ilə bağlı müddəlar yoxdur: “AMEA dövlət mülkiyyətidir, ona görə də AMEA da, komitə də AMEA müəssisələrinin dövlət müəssisi olaraq fəaliyyətlərini davam etdirməsinin tərəfdarıdır”. İ.Həbibbəyli qeyd edib ki, özəl elmi-tədqiqat müəssisələri AMEA-nın tabeliyində olmaya bilər. Amma AMEA-nın tabeliyində olan müəssisələr özəl ola bilməz, onlar dövlət müəssisəsi olmalıdırlar. Hazırda layihədə ciddi narazılığa əsas olan müddəaların olmadığını deyən vitse-prezident bildirib ki, Azərbaycanda elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq alması nəzərdə tutulur. Onun sözlərinə görə, elmi müəssisələrin elmi fəaliyyətlə məşğul olması üçün icazə alması dünyada qəbul olunmuş normalardır. Bu normaların tətbiqi Azərbaycan elmin inkişafına maneə törətməz. İ.Həbibbəyli qeyd edib ki, elmi tədqiqatın bəzi sahələri müəyyən qədər məxfilik tələb edir və tam açıq deyil. Buna görə də belə elmi fəaliyyət sahələri ilə xüsusi icazə alan mütəxəssislər, qruplar məşğul ola bilərlər.
Qeyd edək ki, “Elm haqqında” qanun layihəsinin əvvəlki variantında müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən elmi müəssisələrin özəlləşdirilməyə açıq elan edilməsi təklif edilmişdi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info