“Bakı-2015” Avropa Oyunları Gürcüstan Milli Olimpiya Komitəsinin yubiley tədbirində təmsil olunub
Tarix: 13.10.2014 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


“Bakı-2015” ilk Avropa Oyunları Gürcüstan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlərin bir hissəsi olaraq Tbilisidə MDB və Baltikyanı ölkələrin Milli Olimpiya komitələrinin regional forumunda təqdimat keçirib.
“Bakı-2015”dən bildiriblər ki, tədbirlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində ümumilikdə 15 ölkədən dəvət olunmuş nümayəndələr, o cümlədən BOK-un üzvləri iştirak ediblər.
“Bakı-2015”in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işləri barədə iştirakçılara məlumat verib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib: “Azərbaycanın əldə etdiyi uğurlar barədə qonşu ölkələri məlumatlandırmaq baxımından Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən belə mühüm tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır. Biz həmin ölkələrin idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik. Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzulamaq istərdim”.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də tədbirdə iştirak ediblər.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Baş nazir İrakli Qaribaşvili gələn il baş tutacaq birinci Avropa Oyunlarına qatılmaq arzusunda olan gənc idmançılarla görüşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info