Ümumdünya Gömrük Təşkilatı Bakıda təlim keçirir
Tarix: 13.10.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Konteyner daşınmalarına nəzarət” layihəsi çərçivəsində təlim başlayıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi bu layihə üzrə təşkil olunan təlimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan gömrük orqanlarının əməkdaşları iştirak edirlər.
Təlimin işə başlaması münasibətilə keçirilən açılış mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev “Konteyner daşınmalarına nəzarət” layihəsi haqqında məlumat verib. Azərbaycan Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı hazırda dünyada daşınmaların 90%-nin konteynerlər vasitəsilə aparıldığını və bunun da yalnız 2%-nin gömrük nəzarətindən keçdiyini qeyd edib.
Baş İdarənin rəisi ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Xəzərdə ən böyük liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələrin hesabına yaxın gələcəkdə regionda yük daşımalarının həcminin artırılmasının gözlənildiyini vurğulayaraq, bunun da öz növbəsində, gömrük sahəsində hüquqpozmaların, o cümlədən, narkotik qaçaqmalçılığı hallarının artması təhlükəsini yaradacağına diqqət çəkib. G. Muradlı bu baxımdan, sözügedən sahədə risklərin azaldılması işində “Konteyner daşınmalarına nəzarət” layihəsinin böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra ÜGT-nin nümayəndələri Peter Timmermans, Cesar Sohiaffino və DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov layihənin məqsəd və əhəmiyyəti barədə məlumat xarakterli çıxış ediblər. Təlim 5 gün davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info