Argentinadakı səfirimiz Ermənistan səfirinə cavab verdi
Tarix: 13.10.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Argentinanın “La Nacion” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin məktubuna cavab olaraq oktyabrın 9-da Ermənistan səfiri Vahan Melikyanın məktubunu dərc edib. Buna cavab olaraq səfir M. Əhmədzadə “La Nacion” qəzetinin redaksiyasına növbəti məktub göndərib və həmin məktub qəzetin elektron variantının şərhlər bölməsində yerləşdirilib.
M. Əhmədzadə məktubda qeyd edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradılıb və heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmamış separatçı rejimdir.
M. Əhmədzadə bildirib ki, 1988-ci ildə SSRİ-dəki yenidənqurma siyasətindən istifadə edən Ermənistan, Dağlıq Qarabağı özünə ilhaq etmək üçün Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, eyni vaxtda 250 min azərbaycanlını Ermənistandakı tarixi torpaqlarından deportasiya olunub: “SSRİ-nin dağılmasından sonra isə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondakı 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilib. İşğal prosesində Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, o cümlədən insanlığa qarşı cinayət olan Xocalı soyqırımını törədib, Azərbaycanın istər Ermənistanda, istərsə də işğal olunmuş ərazilərdəki tarixi mədəni abidələrini dağıdıb”.
Səfirin sözlərinə görə, Ermənistan işğalçı siyasətini və təcavüzünü ört-basdır etmək üçün xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadə etməyə cəhd göstərir: “Erməni xalqı Ermənistan dövləti yaratmaqla artıq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Məsələyə belə bir yanaşma ona gətirib çıxara bilər ki, erməni icmasının yaşadığı dünyanın istənilən ölkəsində bu icma öz müqəddəratını təyinetmə kimi gülünc və məntiqsiz iddia ilə çıxış edə bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayış vardır və azərbaycanlı icması da oradan qovulub”.

Səfir əlavə edib ki, Ermənistan beynəlxalq hüquqa yox, hərbi işğala üstünlük verir, münaqişənin nizamlanmasına dair qəbul edilmiş çoxsaylı beynəlxalq sənədləri yerinə yetirməkdənsə, öz əhalisinin kəskin yoxsullaşması hesabına işğal olunmuş əraziləri hərbiləşdirməkdə davam edir: “Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistan hərbi qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişənin nizamlanmasının açar elementləridir. Azərbaycanın danışıqlarda məqsədinin münaqişəni həll etmək, regiona sülh, inkişaf və çiçəklənmə gətirmək olduğu halda, təəssüf ki, Ermənistanın məqsədi hərbi işğalı davam etdirmək, status-kvo kimi təhlükəli vəziyyəti saxlamaq və regiona qeyri-sabitlik, fəlakət və səfalət gətirməkdir. Azərbaycan öz yolunda davam edəcək və öz ərazi bütövlüyünün bərpasına nail olacaq. Bununla da regiona çoxdan bəri mövcud olmayan sülh və sabitlik gələcək ki, bu da regional əməkdaşlıq və inkişafı gücləndirəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info