Azərbaycanlı “İŞİD” üzvü əməlindən peşman olub
Tarix: 13.10.2014 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirib. E. Behbudov açıqlamasında orada saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını deyib: “Hacı Məmmədovun səhhətində heç bir problem yoxdur. Bir müddət əvvəl bəzi qəzetlər onun intihara cəhd etməsi barədə məlumat yaydılar. Bu xəbərin heç bir əsası yoxdur. Hacı Məmmədov şəkər və təzyiqdən əziyyət çəkir. Milli Təhlükəsizlik Nazirliyinin müalicə müəssisəsi olmadığından Ədliyyə Nazirliyinin müalicə müəssisinə göndərilərək müayinədən keçirilib və yenidən Milli Təhlükəsizlik Nazirliyinə qaytarılıb. Hər hansı şikayəti yoxdur”.

E. Behbudov orada saxlanılan başqa 3 nəfərlə görüşdüklərini də bildirib: “Cəfərova Nərgiz Zeynal qızı ilə görüşdük. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilib. Hər hansı şikayəti yoxdur və özünü təqsirli bilir. Daha sonra 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Əbülfət oğlu ilə görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Sentyabr ayında Bakıda, hava limanında həbs olunub. May-sentyabr aylarında Suriyada “İŞİD” qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Bildirir ki, pula görə oraya gedib və peşmandır. Orada saxlanılan Mustafayev Elxan İsa oğlu ilə də görüşdük. Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. Azərbaycana keçərkən Qazaxda həbs edilib. Bir ilə yaxın Suriyada döyüşlərdə iştirak edib, “İŞİD”in üzvü olub. Əməlindən peşman olduğunu bildirdi. Qeyd etdi ki, orada bir ayına 150 dollar pul veriblər və işi maşınla yemək daşımaqdan ibarət olub. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info