Moskvada MDBMİ məzunlarının bu ali məktəbin 70 illiyinə həsr edilmiş II Beynəlxalq forumu keçirilir
Tarix: 13.10.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının universitetin yubileyinə həsr edilmiş II Beynəlxalq forumu işə başlayıb. Tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən 1.000-dən çox məzunu – məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak edirlər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda diskussiyalar dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri ətrafında aparılacaq.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarının böyük nümayəndə heyəti iştirak edirlər.
Forum çərçivəsində çar II Aleksandrın dövründə Rusiya xarici siyasət idarəsinin başçısı, Rusiya imperiyasının sonuncu kansleri (1867-ci ildən) olmuş Aleksandr Mixayloviç Qorçakovun abidəsinin, “Dünya MDBMİ-çilərin gözü ilə” art-sərgisinin açılışı və “Rusiya və müasir dünya: inkişaf trayektoriyası” mövzusunda plenar sessiya keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq forumu 2013-cü ilin aprelində Bakıda keçirilib. Azərbaycan MDBMİ Məzunları Assosiasiyasının təşəbbüsü ilə təşkil edilmiş və “Birlikdə gələcəyə” devizi altında keçirilən həmin forumda Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva, nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri, Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və başqa ölkələrdən biznesmen və maliyyəçilər iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info