Dünya Bankı: “Azərbaycanda 4,5 faiz səviyyəsində iqtisadi artım olacaq”
Tarix: 13.10.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Dünya Bankı (DB) Ukraynadakı böhranla əlaqədar Avropa və Mərkəzi Asiyanın inkişaf etmiş ölkələri ilə 2014-cü il üçün iqtisadi artım üzrə proqnozlara yenidən baxıb. Bu barədə bankın saytında dərc olunmuş məlumatda deyilir.
DB-nin yenilənmiş proqnozlarına görə, bank il ərzində ölkədə 4,5 faiz səviyyəsində artım olacağını güman edir. Bundan əvvəl dərc olunmuş proqnozda bank milli iqtisadiyyatın artım sürətinin 5,2 faiz, 2015-ci ildə 4,1 faiz səviyyəsində olacağını gözləyirdi.
Məlumatda bankın Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Kaura Takın sözlərindən sitat gətirilir: "Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələri artımın qeyri-müəyyən perspektivləri fonunda bir sıra ciddi problemlərlə üzləşirlər".
Bundan əlavə, bankın yenilənmiş proqnozlarına görə, Ermənistanda və Qazaxıstanda ÜDM-da artım – 4,3 faiz, Moldovada iki faiz, Belarusda 1,5 faiz, Rusiyada 0,5 faiz, Türkiyədə 3,5 faiz olacaq. Ukraynada ÜDM-da səkkiz faizlik azalma gözlənilir.
Kaura Tak deyib: "Ukraynada gərginlik ölkədə artıma təsir edib və iqtisadi aktivliyin azalmasına gətirib çıxarıb. Lakin region ölkələri qarşısında duran struktur problemlərdən biri hələ Ukrayna probleminə qədər mövcud idi və əvvəlki kimi təcili həll tələb edir".
Avropa regionunun inkişaf etmiş iqtisadiyyatları arasında nisbətən daha çox, yəni 3,2 faiz artım Macarıstanda gözlənilir. Polşada ÜDM-in artım proqnozu 3 faiz, Litvada 2,9 faiz, Rumıniyada 2,7 faiz, Latviyada 2,5 faiz, Slovakiyada 2,4 faiz, Çexiyada 2 faiz, Bolqarıstanda 1,4 faiz, Estoniyada 1,3 faiz, Sloveniyada 0,7 faiz, Xorvatiyada 0,5 faiz olacaq.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın ictimai-iqtisadi inkişafının konsepsiyasına əsasən, 2014-cü ildə ölkə ÜDM-nin real artımının 5,2 faiz səviyyədə olacağı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info