Ukraynanın MDB-dən çıxması haqqında qanun layihəsi qeydiyyata alındı
Tarix: 13.10.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasında "MDB-nin yaradılması haqqında" sazişin qüvvədən düşməsi barədə qanun layihəsi qeydiyyata alınıb. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
Layihənin təşəbbüskarı Azadlıq Partiyasından olan deputatlardır.
Qanun layihəsinin mətni hələlik dərc olunmayıb.
Qeyd edək ki, oktyabrın 9-da MDB Parlamentlərarası Assambleyasının daimi nümayəndə heyətinin rəhbəri, Ali Radanın deputatı Sergey Qrinevetski bildirmişdi ki, hazırda Kiyev Ukraynanın MDB-dən çıxması məsələsinə baxmır.
Bundan əvvəl Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynos izah etmişdi ki, hansısa beynəlxalq təşkilatdan çıxmaq prosesinə başlamaq üçün Ali Rada qərar qəbul etməlidir. Hələlik isə belə qərar yoxdur.
Ötən cümə axşamı Ukrayna Prezidenti Pyotr Poroşenko MDB Dövlət Başçıları Şurasının iclasında şəxsən iştirak edə bilməyəcəyinə görə üzr istəmişdi. Oktyabrın 10-da keçirilən iclasda Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil etmişdi.
Ukraynanın MDB-dən çıxması məsələsi hələ mart ayında qaldırılmışdı. O zamandan bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bundan başqa, Ukrayna İqtisadiyyat Nazirliyi öz məruzəsində MDB çıxmağın iqtisadi baxımdan ölkə üçün əlverişli olmadığı barədə məruzə təqdim etmişdi.
MDB-nin yaradılmasına dair saziş Rusiya, Belarus və Ukrayna liderləri tərəfindən 1991-ci il dekabrın 8-də imzalanıb. Sazişin 9-cu maddəsində deyilir ki, "sazişin tərəflərindən hər biri bir il ərzində saziş iştirakçılarına xəbərdarlıq edərək bu sazişin və ya onun ayrı-ayrı maddələrinin qüvvədən düşməsi hüququnu özündə saxlayır".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info