“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”monoqrafiyasının gənc nəslə çatdırılmasına ehtiyac var
Tarix: 13.10.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”(rus dilində) monoqrafiyasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib. İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə tədbiri açaraq kitab haqqında məlumat verib. Bildirib ki, multidissiplinar yanaşmaların yer aldığı bu monoqrafiyada Dağlıq Qarabağ regionunun tarixi, Ermənistan-Qarabağ münaqişəsi faktlara əsasən antik dövrdən bu günə qədər təhlil edilib. Direktorun sözlərinə görə, rus dilində çap olunmuş kitabın beynəlxalq aləmdə tanıdılması ilə yanaşı, Azərbaycanda da tərcümə edilib gənc nəslə çatdırılmasına ehtiyac var.
Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə 25 fəsildən ibarət kitabı rəsmi “danışan” sənədlərdən ibarət toplu kimi qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinin siyasi, tarixi və hüquqi istiqamətlərdə araşdırıldığını və kitabın rus dilində çap olunmasının rusdilli xalqların, dünya elmi ictimaiyyətinin Azərbaycanın tarixi həqiqətləri barədə bilgilənməsində rol oynayacağını qeyd edib.
Sosiologiya və sosial fəlsəfə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova çıxışında etnoloji, kulturoloji və tarixi aspektlərdən təhlil edilən monoqrafiyanı alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirməsi kimi dəyərləndirib.
Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, prof. İsaxan Vəliyev kitabın fərqli üslubda yazıldığını, xüsusilə “Problem və hüquq” bölməsində yer alan məlumatların hüquqşunaslar üçün faydalı olacağını söyləyib. O, 1000 nüsxə ilə çap olunan kitabda milli təhlükəsizlik probleminin qaldırıldığını da nəzərə çatdırıb.
Tədbirin davamında İnstitutun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Estetikanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov, İnstitutun əməkdaşları - siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, texnika üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info