“Azərreyl” Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub
Tarix: 13.10.2014 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


“Azərreyl” voleybol komandası Türkiyənin Bursa şəhərində təşkil edilən beynəlxalq turnirin qalibi olub.
Türkiyə KİV-ləri xəbər verir ki, komandamız turnirin finalında meydan sahibi “Bursa” komandasını 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra voleybolçularımıza kubok təqdim olunub. Turnirdə üçüncü yeri Bolqarıstanın “Maritsa” komandasını 3:0 hesabı ilə məğlub edən Serbiyanın “Vizura” komandası tutub. Onu da qeyd edək ki, qadın voleybolçular arasında Dünya Çempionatına yekun vurulub. İtaliyada keçirilən mundialın qalibi ABŞ millisi olub. Heyətində “Rabitə” ilə Azərbaycan çempionları olan Foluke Akinradevo, Tori Dikson və Kayla Banvartın yer aldığı ABŞ yığması həlledici görüşdə Çinə qalib gəlib. Onlar millimizi darmadağın edən asiyalıları 3:1 hesabı ilə məğlub ediblər. Üçüncü yer uğrunda matçda isə Braziliya ev sahiblərini sınağa çəkib. İtaliyanın heyətində “Rabitə”nin yeni transferi Françeska Ferretti və “Lokomotiv”in blokçusu Valentina Arriqetti son anda bürünc medaldan da məhrum olublar - 2:3. Beləliklə, sentyabrın 23-dən start götürən mundialda bütün komandalar yerlərini tanıyıblar. Azərbaycan millisinin 15-ci olduğu Dünya Çempionatında avropalılar ilk “üçlük”dən kənar qalıblar. Amerikalı Kimberli Hill çempionatın ən dəyərli voleybolçusu seçilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info