“Ukrayna böhranı beynəlxalq vəziyyəti ciddi sarsıdıb”
Tarix: 13.10.2014 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Ukrayna böhranı beynəlxalq vəziyyəti ciddi sarsıdıb və onun təsiri kifayət qədər uzun zaman hiss olunacaq. Dünyadakı vəziyyətin necə cərəyan edəcəyini indidən proqnozlaşdırmaq çətindir, lakin arxayın ola bilərsiniz ki, gələcək bizlərə bir çox sürprizlər təqdim edəcək”. Bu sözləri “MGİMO Journal” nəşrinə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir Ukrayna hadisələrinə münasibət bildirərkən qeyd edib: “Bu, əsaslı inkişafların yeni təzahürü deyil, əksinə, Qərb tərəfdaşlarının Rusiya ilə bağlı bir çox illər üçün olan kursun kulminasiya nöqtəsidir.
Qərbi Avropanın rusları özlərininki kimi qəbul etməmələri, artıq əsrlər boyu vərdiş halını alsa da, ən azı son üç əsrdə biz Avropa mədəniyyət və siyasətinin ayrılmaz tərkib hissəsi olmuşuq. Məhz Rusiyanın Avropa ilə fəal əlaqələri nəticəsində qitədə sülh və sabitlik bərqərar olunub”.
Nazir daha sonra qeyd edib ki, ötən əsrin son rübündən başlayaraq biz avroatlantik məkanda strateji əlaqələrin qurulması barədə danışıqlar aparmış, birgə strukturlar qurmaq, sülh, təhlükəsizlik və sabitliyin ortaq məkanının formalaşdırılmasını asanlaşdırmaq üçün birgə fəaliyyət planı nəzərdə tutmuşduq: “Amma Qərb tərəfdaşları öz gündəliyini təbliğ edərkən, əsasən Rusiyanın maraqlarına məhəl qoymurlar. Onlar NATO-nu genişləndirməklə Rusiyanın sərhədlərinə yaxın geosiyasi məkana nəzarət etmək istəyirlər”. Lavrov daha sonra əlavə edib ki, bu məqamda belə təəssürat yaranıb ki, Rusiya bu gün dünyanın «ən fəal hücumu» ilə üz-üzə qalıb və onlar bunu müstəqil siyasət hesab edirlər: “Bu xətt, əlbəttə, öz eksklüziv müdafiəsi üçün çalışan birinin iddiaları ilə uyğun deyil.
Qərbdəki tərəfdaşların bizə qarşı nümayiş etdirdikləri soyuq tədbirlərə baxmayaraq, biz Rusiya və Qərb arasındakı qarşıdurmanın əleyhinəyik. Rusiya sərhəd problemlərinin həlli üçün konstruktiv töhfəsini verməyə, əlbəttə ki, qarşılıqlı hörmət, bərabər əsaslar üzərində münasibətləri davam etməyə hazırdır".
Lavrovun tədbirincə, Ukraynadakı böhran, əsasən "qlobal çağırışlar»la başlayıb: “Qeyd etmək kifayətdir ki, real müharibələr Suriya və İraqda ekstremistlər tərəfindən başladı”. Hazırda İsrail-Fələstin qarşıdurması, Əfqanıstandakı vəziyyətə toxunan nazir Afrikadakı böhranı nəzərə çatdıraraq qeyd edib ki, “biz bu sahədə Avropa İttifaqının köməyinə gələrək Çad və Cənubi Afrika Respublikasına yardım göstərmişik, piratçılığa qarşı birlikdə mübarizə aparmışıq”.
O qeyd edib ki, yalnız kollektiv səylərin səmərəli təşkili hesabına problemlərlə mübarizə aparıla bilər: “Qarşılıqlı imtina nə bizim, nə də Qərb üçün qarşılıqlı bir seçim deyil. Dürüst olmaq lazımdır, beynəlxalq hüququn norma və prinsiplərinə, ümumilikdə, BMT Nizamnaməsinə hörmətlə, vicdanla yanaşmaq lazımdır”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info