Türkiyə “erməni soyqırımı”na qarşı strategiya hazırlayıb
Tarix: 14.10.2014 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyası 2015-ci ildə Türkiyəyə qarşı “erməni soyqırımı” iddialarının güclənəcəyini nəzərə alaraq buna qarşı mübarizə planını müəyyənləşdirəcək. Komissiyanın üzvü, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Oktay Ekşi deyib ki, komissiyanın keçmiş sədri Volkan Bozkır Avropa Birliyi naziri təyin edildikdən sonra Xarici işlər komissiyasına hələ ki yeni sədr seçilməyib:
“Bu günlərdə komissiyamızın sədri seçildikdən sonra atacağımız addımları müəyyənləşdirəcəyik. Xarici işlər komissiyasının bu istiqamətdə atacağı addımlarla birlikdə, CHP-nin parlament qrupu da öz təkliflərini hazırlayıb Məclis başqanlığına təqdim edəcək. “Erməni soyqırımı” iddialarıyla bağlı Türkiyəyə qarşı kampaniyaların artacağı ehtimal edilir, ona görə biz də qısa müddətdə tədbirlər planımızı hazırlamalıyıq”. TBMM Xarici işlər komissiyasının üzvü, 57-ci hökumətin dövlət naziri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Antalya millət vəkili Tunca Toskay da bu həftə komissiyaya sədr seçilməsini gözlədiklərini və daha sonra lazımi addımları atacaqlarını vurğulayıb: “Xarici İşlər nazirliyimiz “erməni soyqırımı” iddialarına qarşı tədbirlər planı hazırlandığına dair bizə məlumat verib, ancaq Məclisimiz yay aylarında başqa məsələlərlə məşğul oldu, ondan sonra tətilə çıxdı, ona görə bu işi, hələ ki komissiyanın gündəminə gətirə bilməmişik. Yeni sədr seçilən kimi, bu məsələnin ciddi şəkildə gündəmə gələcəyinə inanıram”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info