“Bakı Forumu aktual məsələlərin müzakirəsi üçün mühüm platformadır”
Tarix: 14.10.2014 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Bolqarıstanın nüfuzlu “Trud” qəzetində Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, “Media Holding” şirkətinin baş icraçı direktoru İvan Mihalevin “Mersi, Baku” (“Bakı, təşəkkür edirəm”) sərlövhəli məqaləsi dərc edilib. Məqalədə “Odlar Yurdu” - Azərbaycan barədə təəssüratlarını bölüşən müəllif Bakının gözəlliyinə, xüsusilə Alov qüllələri, dənizkənarı bulvar və paytaxtın işıqlı gecələrinə heyran qaldığını vurğulayıb.
Yazıda Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkəmizdə aparılan abadlıq işləri, infrastruktur yenilikləri qeyd edilib. İ.Mihalev forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin dünyanın ən möhtəşəm memarlıq əsərlərindən olduğunu vurğulayıb. O, sabiq prezidentlərin, Nobel mükafatı laureatlarının, siyasətçilərin, nüfuzlu şəxslərin qatıldıqları Forumun bəşəriyyət qarşısında duran bir çox aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib.
Müəllif, həmçinin 2015-ci ildə ilk Avropa Oyunlarının məhz Azərbaycanda - Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkəmizdə təşkil olunacağını vurğulayaraq, bu mötəbər idman tədbirinə hazırlıq işlərinin yüksək səviyyədə və sürətlə aparıldığı barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info