Hökumətin e-xidmətləri təşviq etməsi vətəndaşlarda bu sahəyə olan marağı artırıb
Tarix: 14.10.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycanda internet istifadəçilərinin sayının çoxalması və eləcə də e-xidmətlərin verdiyi üstünlüklər ölkə əhalisini əməliyyatların əksəriyyətini elektron qaydada həyata keçirməsinə sövq edir.
Hökumətin elektronlaşmanı, e-xidmətləri təşviq etməsi vətəndaşlarda bu sahəyə olan marağı daha da artırıb. Məhz bu səbəbdəndir ki, Azərbaycanda elektron formada göndərilən bəyannamələrin sayında artım qeydə alınır.
Vergilər Nazirliyindən verilən məlumata görə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilən bəyannamələrin xüsusi çəkisi 90,6% faiz təşkil edib.
Nazirlikdən o da qeyd olunub ki, sözügedən dövr ərzində VN-in xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 346 milyon 762,8 min manat təşkil edib. Bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 130 milyon 10,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info