Region gəncləri zərərli vərdişlərə qarşı maarifləndirildi
Tarix: 14.10.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri də narkomaniyadır. BMT-nin hesablamalarına görə, dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digər formada istifadə edir. Bu dünya əhalisinin təxminən 4,8%-i deməkdir. Dünyanın sosial bəlasına çevrilmiş narkomaniyanın yayılması və onun fəsadları Azərbaycan cəmiyyətindən də yan keçməyib. Yeniyetmə və gənclərin aparılan geniş miqyaslı maarifləndirmə kampaniyalarına qoşulması onların zərərli vərdişlər haqqında məlumat əldə etməsində, maarifləndirilməsində böyük rol oynayır. “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi 2014-cü il iyun-oktyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin zərərli vərdişlərə qarşı mübarizə kampaniyası” adlı layihə həyata keçirib. Layihənin məqsədi Azərbaycanın regionlarında (Saatlı və Hacıqabul rayonları) insanların sağlam həyat tərzi uğrunda narkomaniya, HİV/AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniyaya qarşı hisslərin oyadılması, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, onlara məlumatların verilməsi və maarifləndirici bukletlərin paylanılması olub.
Saatlı və Hacıqabul rayonlarında ümumilikdə 12 təlim keçirilib. Həyata keçirilən layihədən əsasən 14-29 yaş arası gənclər, yeniyetmələr, orta məktəblərin yuxarı sinif şagirdləri və rayon ictimaiyyəti faydalanıb. 180 nəfərin iştirakı ilə keçirilən təlimlərdə yeniyetmə və gənclər maarifləndirilib, təlim materialları və bukletlərlə təmin ediliblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info