Turizm İnstitutunda 500 iş yeri tələbə və məzunlara təklif edilib
Tarix: 14.10.2014 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə «Karyerada ilk addım» devizi altında növbəti aktiv məşğulluq tədbiri oktyabrın 14-də Azərbaycan Turizm İnstitutunda keçirilib. Aktiv məşğulluq tədbirində 3-ü dövlət, digərləri qeyri-dövlət sektoruna aid olan, əsasən turizm və otelçilik sahələri üzrə fəaliyyət göstərən ümumilikdə 58 müəssisə tərəfindən 492 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim olunub. Tələbə və məzunlara seçdikləri vakant iş yerlərinə göndərişlər verilib, habelə peşə hazırlığına cəlb olunmaq, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı aparılıb. Tədbir zamanı həmçinin tələbə və məzunlar mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurub, həmçinin işəgötürənlər müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazanıblar. Müəssisələrin nümayəndələri tərəfindən tələbə və məzunlardan özləri barədə şəxsi məlumatlar (CV-lər) qəbul olunub.
Bununla yanaşı, tədbirdə ƏƏSMN ilə BMT İnkişaf Proqramının birgə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində fəaliyyət göstərən Bakı SYSLAB Təlim Tədris Mərkəzinin nümayəndələri də iştirak edib. Onlar tərəfindən tələbə və məzunlar iş axtarışında çətinlik çəkdikləri təqdirdə mərkəz tərəfindən təşkil olunan, iş axtarışının metodologiyası, iş axtarma şəbəkəsinin müəyyən edilməsi, özünü işəgötürənə təqdim etmək, işə daxil olmaq üçün müsahibəyə hazırlaşmaq, CV hazırlamaq və s. barədə bilik və bacarıqlar aşılayan kurslara dəvət olunub.
Xatırladaq ki, cari ilin ötən dövründə ölkənin paytaxtında və regionlarında yerləşən ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində ümumilikdə 669 nəfərə boş iş yerlərinə göndəriş verilib. Həmin tədbirlərdə 182 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata alınıb, 147 nəfər müvəqqəti xarakterli işlərə göndərilib, 2824 nəfər tələbə və məzundan özləri barədə şəxsi məlumatlar (CV) qəbul edilib.

İlkin








 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info