Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyası tərəfindən mükafata layiq görülüb
Tarix: 14.10.2014 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


“Bakı 2015” Avropa Oyunlarının Atletika yarışları üzrə meneceri Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyası tərəfindən məhsuldar əməyinə və fədakar fəaliyyətinə görə mükafata layiq görülüb.
BAOƏK-dan verilən məlumata görə, Sultanzadə təşkil olunan “Golden Tracks” şam yeməyində mərasimə dəvət olunan qonaqların, o cümlədən, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidenti Lord Sebastyan Konun qarşısında Avropa Atletika Məşqçisi Mükafatına layiq görülüb.
Bu mükafat onun heyrətamiz bacarıqlarına və dünya miqyasında beynəlxalq məşqçi kimi bir sıra müxtəlif ölkələrdə əldə etdiyi nailiyyətlərə verilən qiymətdir.
“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: ”Məhərrəm Avropa Oyunlarının təşkilində insanların qoyduğu irsin və onun insanların həyatını necə dəyişdirməsinin, onları təkmilləşməyə və yeni bacarıqları inkişaf etdirməyə ruhlandırmasının bariz nümunəsidir.
İdmançılarla məşqçilik işindən ofis mühitinə keçdiyi son doqquz ay ərzində Məhərrəm gördüyü hər bir işdə müvəffəqiyyət qazanmış və əvəzedilməz komanda rəhbərinə çevrilib.
O, bu mükafata tam olaraq layiqdir və güc və təcrübəni özündə birləşdirən belə bir şəxsin burada, “Bakı 2015” komandasında olması bizim üçün çox xoşdur”.
İlk dəfədir ki, Azərbaycanın milli məşqçisi Avropa Atletika Məşqçisi Mükafatına layiq görülür.
Sultanzadə deyib: ”Avropa Atletika Assosiasiyası tərəfindən ölkəm və özüm üçün ilk dəfə olaraq bu cür möhtəşəm mükafat qazandığıma görə çox xoşbəxtəm və son dərəcə qürur duyuram. Bir məşqçi kimi mən yaxşı nəticələr qazanmış yüksək səviyyəli idmançılar hazırlamışam və son səkkiz ildə milli komandanın baş məşqçisi kimi çalışaraq həm dünya, həm də Avropa səviyyəsində müsbət nəticələr göstərmişik”.
Sultanzadə, həmçinin Milli Texniki Heyət səviyyəsinə çatmaları üçün bu yaxınlarda 150 nəfərə təlim keçib və iyun ayında Bakıda keçirilmiş və Avropa Federasiyası tərəfindən yüksək qiymətləndirilmiş Avropa Olimpiya Sınaq Yarışlarının yarışlar üzrə direktoru olub.
Şüvüllə tullanma üzrə fransalı idmançı Renaud Lavillenie və qısa məsafəyə qaçış üzrə Hollandiyalı idmançı Dafne Şippers “Golden Tracks” təntənəli mükafatlandırma mərasimində İlin Avropa Atletləri adına layiq görülüblər.
Eyni zamanda, qısa məsafəyə qaçış üzrə britaniyalı idmançı Adam Gemili və hündürlüyə tullanma üzrə rusiyalı idmançı Mariya Kuçina “Rising Star” mükafatına layiq görülüblər.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info