Hollandiyadakı diasporumuz erməni “soyqırımı” təbliğatına qarşı
Tarix: 14.10.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


‘‘Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik” cəmiyyətinin təşəbbüsü ilə Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Haaqada toplantısı keçirilib. Görüşdə ‘‘Avropa Azərbaycan Dostları Mәrkәzi’’, ‘‘Niderland-Azərbaycan Odlar Yurdu’’, ‘‘Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi’’ cəmiyyətləri, ‘‘Ana Vətən’’ - Niderland Azərbaycanlı Qadınlar Birliyi, ‘‘Niderlandda Azərbaycan Evi’’ təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edib. Görüşün məqsədi Avropadakı erməni lobbisinin qondarma soyqırımı iddiaları ilə bağlı 2015-ci ildə gözlənilən geniş təbliğat planlarına qarşı həyata keçiriləcək tədbirləri müzakirə etmək və məsləhətləşmələr aparmaq olub. Toplantıda çıxış edən diaspor təşkilatlarının rəhbərləri bildirib ki, bədnam qonşularımız ‘‘erməni tarixinin’’ bəzi səhifələrini - qondarma soyqırımı məsələsini vaxtaşırı gündəmə gətirməklə dünya ictimaiyyətinin diqqətini öz ölkələrinə cəlb etməyə çalışırlar. 2015-ci ildə isə ‘‘soyqırımın’’ yüzüncü ildönümünü qeyd etməyə hazırlaşan erməni lobbisinin ciddi hazırlıq işləri apardığını, təbliğat vasitələrini genişləndirdiyini bildirən diaspor fəalları bütün bunlara qarşı səmərəli mübarizə aparmaq üçün təşkilatların bu istiqamətdə birgə fəaliyyət göstərməsini təklif ediblər.
Görüşdə həmçinin toplantıda iştirak edən hər bir cəmiyyətin keçiriləcək tədbirlərə dəstək olmaq üçün maddi-mənəvi imkanları müzakirə edilərək iş bölgüsü aparılıb. Nəzərdə tutulan işlərin planlı şəkildə reallaşdırılması üçün qarşıda bir sıra toplantıların keçirilməsi qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info