Azərbaycanla Özbəkistan gömrük sahəsində iki sənəd imzalayıblar
Tarix: 14.10.2014 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zohid Dusanovla arasında görüş keçirilib.
Görüşü giriş sözü ilə açan A. Əliyev bildirib ki, bu görüş iki ölkənin gömrük münasibətlərini genişləndirəcək və iki ölkə arasında mövcud vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edəcək. DGK sədri qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir: “Bu potensialı daha genişləndirmək üçün geniş imkanlar var”.
Gömrük xidməti sahəsinin son illərdə əldə edilən nailiyyətlər barədə geniş məlumat verən A. Əliyev, gömrük-keçid məntəqələrində yaradılan şəraitlə Z. Duasnovu əyani tanış olmağa dəvət edib.
Z. Dusanov Özbəkistanın gömrük sistemi ilə bağlı həmkarına geniş məlumat verib və ölkəsinin gömrük strukturlarında görülən işlərdən danışıb. O, bildirib ki, Özbəkistanda gömrük bəyannamələrinin 98%-i elektron formatda təqdim olunur: “Bütün gömrük məntəqələri avtomartlaşdırılıb. Avtomobil yüklərinin 93%-i dünyanın tanınmış şirkətlərinin avadanlıqlar tərəfindən yoxlanılır”.
Qonaq Azərbaycanla Özbəkistan arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bildirib: “Azərbaycan Daşkənd kinoloji xidmətinin və gömrük təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Həmçinin, iki ölkə arasında qaçaqmalçılıq və kontrafakt məhsullarının mübadiləsi, gömrük bəyannamələrinin doldurulması ilə bağlı əməkdaşlıqda maraqlıdır”.
A. Əliyev Azərbaycan Gömrük Akademiyası barədə geniş məlumat verib və qonağı gələn il Bakıda baş tutacaq Gömrük Universitetlərinin konfransında dəvət etməyə dəvət edib.
Sonda Azərbaycanla Özbəkistan arasında iki sənəd imzalanıb. Bunlar “Birinci sənəd Azərbaycan və Özbəkistan dövlət gömrük xidmətləri arasında dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin təşkili barədə haqqında protokoldur. İkinci sənəd 2015-2016-cı illərlə bağlı hər iki ölkənin gömrük xidmətləri arasında Fəaliyyət Planı ilə bağlıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10138

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info