Səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdiririlir
Tarix: 14.10.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdirilir.
Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində dərman, sarğı ləvazimatları və materiallarının alınması mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində dövlət büdcəsinin mərkəzləşdirilmiş “Səhiyyə xərcləri” bölməsində Səhiyyə Nazirliyinin xərclərində öz əksini tapıb.
2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, gələn il büdcəsində dərman, sarğı ləvazimatları və materiallarının alınması üçün 209,3 milyon manat vəsait ayrılıb. Bu isə 2014-cü illə müqayisədə 18,3 faiz çoxdur.
Ümumilikdə gələn il dövlət büdcəsindən səhiyyə xərcləri üçün 777,7 milyon manat ayrılacaq. Bu isə 2014-cü illə müqayisədə 7,2 faiz, 2013-cü illə müqayisədə 25,6 faiz çoxdur. Ayrılan vəsaitin 359 milyon manatı xəstəxanaların, 110,1 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanması, 296,5 milyon manatı səhiyyə üzrə digər xərclərə, 12,1 milyon manatı tətbiqi tədqiqatlara və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info