İzzətullah Zərqami: “Azərbaycan peykindən istifadə etmək niyyətimiz var”
Tarix: 14.10.2014 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqamini qəbul edib. Nazir Şahin Mustafayev ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını, əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edilmişdir ki, Azərbaycanda qonşu İranla əlaqələrin genişlənməsinə xüsusi önəm verilir. Təsadüfi deyil ki, bu ilin 9 ayında dövlət başçıları Davos, Tehran və Həştərxanda olmaqla 3 dəfə görüşüb, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Bu görüşlərdə aparılan danışıqlar, müxtəlif sahələrdə imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin inkişafına mühüm töhfəsini verir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Bunun nəticəsidir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq genişlənir, iş adamları arasında əlaqələr inkişaf edir. Şahin Mustafayev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini qeyd edib, bu ilin avqust ayında komissiyanın Bakıda keçirilmiş 9-cu iclası çərçivəsində bir sıra sahələrdə əməkdaşlığın inkişafına dair razılıq əldə edildiyini diqqətə çatdırıb. Bank, ticarət, gömrük, kənd təsərrüfatı, turizm, rabitə və İKT və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Şahin Mustafayev Dövlət Komissiyasının həmsədri kimi radio-televiziya sahəsində də əlaqələrin genişləndirilməsinə hər cür dəstək göstəriləcəyini bildirib.
İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami səmimi qəbula görə təşəkkür edib, ölkəsində televiziya və radio yayımının təşkili və inkişafı üçün görülən işlər barədə məlumat verib. İzzətullah Zərqami bu sahədə Azərbaycanın peykindən istifadə edilməsi niyyətini bildirmiş, İranın rəqəmsal ötürücü stansiyalar istehsal etdiyini vurğulayaraq, bu ötürücülərdən Azərbaycanda da istifadə edilməsi təklifinin aidiyyəti qurumlara təqdim edildiyini diqqətə çatdırıb.
Görüşdə xalqlarımızın ənənələrinin, malik olduqları dəyərlərin qorunması və təbliğində televiziya və radionun əhəmiyyəti qeyd edilmiş, bu sahədə əməkdaşlığın faydalı olacağı vurğulanıb.
Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info