“Onlar dünyada əmin-amanlığa son qoymaq üçün saxta müsəlmanlar yetişdirməklə məşğuldurlar”
Tarix: 14.10.2014 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Arzum budur ki, Azərbaycanın unudulmaz ağrı-acısı olan Dağlıq Qarabağ torpağı sülh yolu ilə öz sahibi Azərbaycana qaytarılsın”.
Bunu Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak deyib.
Səfir Dağlıq Qarabağla yanaşı, digər münaqişəli torpaqların da öz sahibinə qaytarılmasını, bütün müsəlman dünyasında sülh və əmin-amanlığın bərqərar olmasını arzu edib: “Eyni zamanda Fələstin torpaqlarının da öz sahibinə qaytarılması üçün dua edirəm. Bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq bərqərar olsun. İraqda, Suriyada, Misirdə, Liviyada, Yəməndə və digər ölkələrdə yaşayan müsəlmanlar heç bir əziyyətdən, heç bir zülmdən əziyyət çəkməsin”.
Səfir qeyd edib ki, bu gün müsəlman ölkələrində “Əl-Qaidə” və “İŞİD” kimi terror təşkilatlarının törətdiyi vəhşiliklər hamıya bəllidir: “Terrorçular insanları yurd-yuvasından didərgin salır, qadınları, uşaqları qətlə yetirirlər. Onlar dünyada əmin-amanlığa son qoymaq üçün saxta müsəlmanlar yetişdirməklə məşğuldurlar. İslam adı altında fəaliyyət göstərən bəzi qurumlar var ki, islamı ləkələmək istəyirlər. Arzum budur ki, Allah onları məhv eləsin”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info