“Jenmin Jibao”: “Amerika konfliktləri qızışdırmaqdan həzz alır”
Tarix: 14.10.2014 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Çinin “Jenmin Jibao” qəzetində ABŞ-ın xarici ölkələrdəki “rəngli inqilabları” törətməsil ilə bağlı maraqlı yazı dərc edilib. Yazıda deyilir:
“Xarici medianın verdiyi məlumatlara görə, bir neçə ay əvvəl, Amerika Milli Demokratiya Fondunun nümayəndəlri «Occupy Central»ın əsas aparıcı simaları ilə görüşüb və Honkonqda gərginlik yaratmaq təşviqi ilə bağlı fəaliyyət proqramını müzakirə ediblər.

«Rəngli inqlablar»ın nəticələrinə diqqətlə baxsaq, görmək olar ki, əslində ABŞ özünün strateji maraqlarını güdür. Ona görə də xoşu gəlməyən və onun «çalıdğı havaya oynamayan» siyasi rejimləri hədəfə alır”.

Görüşün təşkilatçısı həmin Fondun Asiya, Qərbi Asiya və Afrika regionları üzrə sədr müavini Luiza Qrivdir. Atrıq uzun illərdir ki, bu qadın Çin demokratik hərəkatının nümayəndələri ilə ölkənin Tibet və Sinszyan- Uyğur Muxtar Vilayətinin müstəqilliyi uğrunda çıxışlar edir. Son illərdə isə o, “Ərəb baharı” ilə bağlı digər bölgələrdəki "rəngli inqilablar"a həsr edilmiş seminarlarda fəal iştirak edir: bəzi görüşləri təşkil edir, bəzilərini isə ziyarət edir.
Əlbəttə ki, Amerika Honkonqda baş verənlər üçün məsuliyyət daşıdığını etiraf edə bilməz. Eynilə, Vaşinqton Çin əleyhinə həyata keçirdiyi digər tədbirlərdəki iştirakında da öz manipulyasiyasını “tanımır”. Amerika Birləşmiş Ştatları öz hərəkətlərinin qanuni olduğunu iddia edərək bəyan edir ki, o demokratiya, azadlıq və insan hüquqları kimi universal dəyərlərə əsaslanır.
Amerikanın bəzi qeyri-hökumət və düşüncə təşkilatları «Occupy Central» hərəkatının müxtəlif strategiyalarını inkişaf etdirmək üçün xeyli vaxt və enerji sərf ediblər. Amerika Sülh İnstitutunun baş elmi işçisi və eyni zamanda Atlantik Şurasının əməkdaşı Maria Ştefan «Honkonqlu etirazçılar necə qələbə çala bilərlər?» başlıqlı məqalə yazıb.
Yazısında «Occupy Central» hərəktına tövsiyələr verən Ştefan əsrlər boyu tədqiqatlarda "əməkdaşlıqdan imtinaya görə qeyri-zorakı hərəkatlar"dan və eyni zamanda vətəndaş müqaviməti üçün onlarla ölkənin təcrübəsindən yararlanmağı məsləhət görür. Məqalədə bu fəaliyyətin geniş kütlə tərəfindən dəstək qazana biləcəyi barədə, bu siyasətin Honkonq cəmiyyətinə, iqtisadiyyatına mənfi təsiri barədə heç nə deyilmir. Sadəcə, yalnız etirazçıların demokratiyaya nail olması əsas məqsəd kimi vurğulanır.

“Amerikanın Yaxın Şərqin dəyişdirilməsi ilə bağlı nəhəng planları uğursuzluğa düçar oldu. «Ərəb baharı» «Ərəb qışı»na çevrildi. Ukraynadakı «küçə siyasəti» ölkənin bölünməsinə və qanlı toqquşmalara gətirib çıxardı. Bu ölkələr heç cür demokratiyaya yaxınlaşmadan, xaosa sürkləndilər. Lakin ABŞ hələ də bunlara göz yummaqda davam edir”.

Amerika mətbuatında da «Occupy Central» hərəkatının son fəaliyyətinə maraq aydın sezilir. Bu hərəkat, ümumiyyətlə demokratikyönlü hərəkat kimi təsvir edilir.
Əlbəttə, ABŞ hökuməti də işsiz-gücsüz, loru dildə desək, əlini- əlinin üstünə qoyub oturan deyil. Etiraf edilməlidir ki, Milli Demokratiya Fondu kimi qeyri-hökumət təşkilatını maddi baxımdan təbii ki, Ağ Ev təmin edir.
Ağ Ev rəsmiləri və Dövlət Departamenti, habelə Honkonqda yaşayan Amerika diplomatları dəfələrlə regiondakı siyasi məsələlər, eyni zamanda «Occupy Central» hərəkatına mənəvi dəstək barədə danışıblır. ABŞ-ın üç eks-konsulu açıq məktub yazaraq, Honkonqdakı seçki sistemini «demokratiyadan uzaqlaşma» kimi xarakterizə etmişdilər.
Amerikanın inkar etməsinə baxmayaraq, çox asanlıqla başa düşülür ki, MDB ölkələrində, Yaxın Şərqdə və Şimali Afrikadakı «rəngli inqlablar»ın pərdəsi arxasında məhz Vaşinqton dayanır. Hətta belə demək olar ki, ABŞ bu cür konfliktləri qızışdırmaqdan həzz alır. Formal olaraq ABŞ ümumbəşəri dəyərlər, o cümlədən insan hüquq və azadlıqlarını müdafiə etmək adı altında «rəngli inqlabları dəstəkləyir. Doğrudan da bir çox Amerika QHT- ləri dərindən inanırlar ki, «bəşəriyyəti bütün bəlalardan qurtarmaq» şərəfi onların qismətinə düşüb. Lakin «rəngli inqlablar»ın nəticələrinə diqqətlə baxsaq, görmək olar ki, əslində ABŞ özünün strateji maraqlarını güdür. Ona görə də xoşu gəlməyən və onun «çalıdğı havaya oynamayan» siyasi rejimləri hədəfə alır.
Bununla belə, Amerikanın Yaxın Şərqin dəyişdirilməsi ilə bağlı nəhəng planları uğursuzluğa düçar oldu. «Ərəb baharı» «Ərəb qışı»na çevrildi. Ukraynadakı «küçə siyasəti» ölkənin bölünməsinə və qanlı toqquşmalara gətirib çıxardı. Bu ölkələr heç cür demokratiyaya yaxınlaşmadan, xaosa sürkləndilər. Lakin ABŞ hələ də bunlara göz yummaqda davam edir.
Dünyanın hər tərəfində Amerikanın təəssübkeşləri var və «başqalarının işinə burun soxmaq» amerikalıların xoşuna gəlir. Lakin Amerika Honkonqda Çinin sabitliyi saxlamaq barədə strateji qətiyyəti və şəhər əhalisinin əsas hissəsinin müqaviməti ilə qarşılaşdı. Əgər Amerika bir az da dərinə getsə, öz qurduğu tələyə düşəcək”.

Ağasəf BABAYEV






 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info