Ukraynada millətçilər aksiya keçirdilər
Tarix: 14.10.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Əllərində “Sağ sektor”un və “Azadlıq” Birliyinin bayraqları olan ukraynalı fəallar parlamentin binası qarşısında parlamentarilərdən amnistiya haqqında qanun layihəsinin qəbulunu tələb edərək binaya “Molotov kokteyli” və fişənglər atmağa başlayıblar. Bu barədə “İnterfaks” xəbər verir.
Parlamentin binası yaxınlığında polis dəstələri dayanıb. Onlar fəalları binaya buraxmırlar.
Ukrayna DİN-in Kiyev şöbəsindən bildiriblər ki, aksiya iştirakçıları polis işçilərinə və parlament binasına tərəf tüstü şaşkaları da atıblar.
Mətbuat xidmətindən bildiriblər ki, hazırda Ali Radanın binası yaxınlığında müxtəlif siyasi qüvvə və təşkilatlardan təqribən 8 min nəfər var. Onlar müxtəlif tələblər irəli sürürlər.
Bu arada Ali Radanın sədri Aleksandr Turçinov parlamentin binası qarşısındakı etirazçıları nizam-intizamlı aksiya keçirməyə çağırıb: "Mənə məlumat verdilər ki, təkərləri yandırmağa başlayıblar. Mən bunları edən adamlara müraciət edirəm: siz bu hərəkətlərinizlə qanunların qəbuluna kömək etmirsiniz".
A.Turçinov onu da bildirib ki, belə hərəkətlər bir sıra deputatların iclas zalını tərk etməsinə səbəb olacaq və səs verməyə heç kəs qalmayacaq. O, Ali Radanın işini pozmamağa çağırıb.
Daha sonra spiker iclasda on dəqiqəlik fasilə elan edib və fraksiya və qrupların rəhbərlərini öz kabinetinə dəvət edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info