2 milyona yaxın uşaq icbari dispanserizasiyadan keçirilib
Tarix: 14.10.2014 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


“Azərbaycanda 2 milyona yaxın uşaq icbari dispanserizasiyadan keçirilib. Ümid edirik ki, ilin sonuna kimi uşaqların hamısı icbari tibbi müayinədən keçəcək”. Bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların icbarı dispanserizasiyası bundan sonra da davam etdiriləcək. N.Quliyev qeyd edib ki, ölkədə “Uşaqların icbari disparenzasiyası” haqqında qanun qəbul edilib və bunun icrası istiqamətdə müvafiq işlər görüləcək. Baş pediatr qeyd edib ki, 2012-ci ilin sonlarında “Uşaqların icbari disparenzasiyası” haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb və çox qısa müddətdə bu qanun qəbul edilib. 2013-cü ilin aprel ayında isə bu qanun ölkə prezidentinin sərəncamı ilə qüvvəyə minib: “Azərbaycan bizi əhatə edən qonşu dövlətlər arasında bu qanunu qəbul edən yeganə ölkədir. Uşaqların sağlamlığı ilə bağlı qəbul olunmuş digər sənədlər arasında bu qanun ən böyüyüdür. Qanun ölkə əhalisinin 1/3-ni əhatə edir. Bu qanunda 0-18 yaşına kimi olan bütün uşaqların icbari disparenzasiyadan keçirilməsini nəzərdə tutur. Qanuna əsasən, 3 yaşa kimi uşaqlar ildə bir neçə dəfə, 3 yaşdan -18 yaşa kimi ildə 1 dəfədən az olmayaraq icbari formada bu tibbi müayinədən keçməlidir”.
Baş pediatr uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər barədə də danışıb. Onun sözlərinə görə, aparılan işlərin ilkin müqayisəsi göstərir ki, tibbi müayinədən keçirilən uşaqlar arasında daha çox tənəffüs üzvlərinin, həzm sistemlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə rast gəlinir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info