“Bakıdan sonra Qran-Prinin daha iki mərhələsində iştirak edəcəyəm”
Tarix: 15.10.2014 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turunda İsrail təmsilçisi Boris Gelfand Azərbaycan şahmatçısı Teymur Rəcəbova qalib gəlib. T.Rəcəbov məğlub olduğu görüş haqqında deyib: “Debüt seçimimdən razı qalmadım. Yanlış seçim oldu. Səhv etdikdən sonra onu düzəltmək çətinlik törətdi. B.Gelfand yaxşı oynadı və bundan istifadə etdi”.
Şahmatçı bildirib ki, qarşıda bizi son tur gözləyir: “Bakıdan sonra Qran-Pri yarışlarının daha iki mərhələsində iştirak edəcəyəm. Həmin turnirlərdən sonra iddiaçılar turnirinə yollanacaq şahmatçılar məlum olacaq”.
Boris Gelfand jurnalistlərin İsrail və Azərbaycan şahmatçılarının oyununu futbol üzrə milli komanda ilə müqayisə etmələrinin əleyhinə çıxıb. Vurğulayıb ki, həm İsrailin, həm də Azərbaycanın futbol milli yığmalarına hörmətlə yanaşıram: “Amma mənimlə Teymurun oyununu futbol üzrə milli komandaların görüşü ilə müqayisə etmək düzgün deyil. Həm İsrailin, həm Azərbaycanın futbol yığmaları ikinci dərəcəli komandalardır. Hər iki ölkədə futbol ürəkaçan vəziyyətdə deyil. Amma şahmatda Teymur ilə mən dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə uğrunda yarışırıq. Müqayisəni qəbul etmirəm. Oyuna gəldikdə, Teymur səhvə yol verdi və mən bundan istifadə etdim. Revanş adlandırmazdım. Şəhriyara uduzdum, sonra Teymura qalib gəldim. Bu, şahmatdır. Hər bir şahmatçı qələbə qazana bilir, həm də məğlub olur. Son tura lider kimi qədəm qoymaq yaxşıdır. Amma Qran-Prinin Bakı mərhələsində qələbə qazanmaq daha xoş olardı.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info