Nanjinq Olimpiadasının qalibləri mükafatlandırıldı
Tarix: 15.10.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Güləş Federasiyasında Nanjinqdə keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən güləşçilərin mükafatlandırma mərasimi olub.
Mərasimdə çıxış edən AGF-nin baş katibi Əjdər Cəfərov güləşçiləri və yığma komandanın məşqçilərini təbrik edib, qarşıdakı yarışlarda da əldə olunan bu uğuru davam etdirmələrini arzulayıb: “Bu qələbədən başgicəllənməsi olmamalıdır. Çalışmalısınız ki, yeni qələbələr qazanaraq xalqımızı, güləş ictimaiyyətini sevindirəsiniz. Sizin hazırlığınız və inkişafınız üçün ölkəmizdə dövlət səviyyəsində mühüm işlər görülür. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idmanla və idmançılarla şəxsən maraqlanır, onların həm hazırlığı, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Olimpiya Oyunlarından sonra keçirilmiş görüşdə də siz özünüz bunun əyani şahidi oldunuz.
Federasiya prezidenti Fazil Məmmədov və I vitse-prezident Namiq Əliyevin adından hər birinizi təbrik edirəm. Bildiyiniz kimi, federasiya rəhbərliyi tərəfindən sizə göstərilən diqqət və qayğı yüksək səviyyədə, etimad isə tamdır. Sizdən tələb olunan isə, yalnız məşq etmək, hazırlaşmaq, qazandığınız bu uğurları gələcəkdə də davam etdirməkdir". Sonra qaliblərə AGF tərəfindən pul mükafatları təqdim edilib.
Xatırladaq ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçirilib. 5 iştirakçı ilə təmsil olunan güləş yığmamız 3 qızıl və 2 gümüş medala sahib olub. Qızıl medalları yığmamıza sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) qazandırıb. Gümüş medalları isə, qadın güləşçimiz Leyla Qurbanova (52 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) əldə edib.
Qran-Prinin Bakı mərhələsində qələbə qazanmaq daha xoş olardı.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Spartak“da 34 yaşlı məşqçi
15.10.2019
Fransa - Türkiyə matçının ləğvi tələb edilmışdi
15.10.2019
Ukrayna AVRO-2020-yə yüksəlib, Türkiyə Parisdə xal qazanıb
14.10.2019
Tofiq Musayevdən Yaponiyada möhtəşəm qələbə
14.10.2019
Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımıza görə üzr istəyirik“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info