“Sosial media dünyada istifadə olunan ortaq bir dil olub”
Tarix: 15.10.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Zeliha Doğan Yeşil: “Sosial media ictimai-
siyasi hadisələrə çox yönləndirici təsir edir”

Bu yaxınlarda Bakıda keçirilən IV Beynəlxalq Humanitar Forumda sosial mediada gənclərin ictimai-siyasi rolundan da danışıldı. Bu mövzu ilə bağlı forumda iştirak edən Türkiyə Baş Nazirliyində Mətbuat-Yayım və İnformasiya Baş Katibliyində şöbə müdiri, Ankara İctimaiyyətlə Əlaqələr Dərnəyinin sədri Zeliha Doğan Yeşilin eksklüziv müsahibəni təqdim edirik. O, ilk olaraq forum haqda öz fikirlərini bölüşdü:

- Forum çox uğurlu oldu. Müxtəlif ölkələrdən çeşidli fikirləri olan insanlar iştirak edirdi. Onların fikirləri çox önəmli idi. Hər kəs çox fərqli fikirlərini ortaya qoydu. Amma burada ortaya çıxan ən önəmli bir məsələ sosial medianın dünya ədəbiyyatına daxil olmasının gündəmə gəlməsi idi. Bunun üzərində bir az dayanmaq olar. Sosial media gəncləri dünyəvi olaraq birləşdirdi. Sosial media dünyanın hər tərəfində gənclərin eyni dildə danışmasıdır. Dolayısı ilə bundan sonra bağlı qapılar arxasında heç bir qərar verilə bilinməyəcək. Çünki dünya gəncləri təşkilatlanacaqlar. Müsbət şeylərə “hə” deyəcəklər və alqışlayacaqlar. Mənfi şeylərə isə birlikdə “yox” deyəcəklər. Əgər gənclər, fəaliyyətlərini bu şəkildə davam etdirsələr öz ölkələrinə və dünyaya sahib çıxa biləcəklər.
- Sosial medianın dünyanın ictimai-siyasi hadisələrinin inkişafında nə kimi rolu var?
- Sosial media ictimai-siyasi hadisələrə çox yönləndirici təsir edir, ən azı insanları düşünməyə dəvət edir. İnsanlar, xüsusən gənclər söyləyəcəklərini söyləyir və öz aralarında müzakirələr aparırlar. Hər hansı fikirlərin yanlış və ya düzgün olduğu haqqında birlikdə danışaraq nəticə çıxarırlar.
- Sosial media Türkiyədə gənclərin düşüncəsinə necə təsir edir?
- Türkiyədəki gənclər çox yaxşı təşkilatlanıblar. Türkiyədə gənclər sosial mediadan çox gözəl istifadə etdilər və söyləmək istədiklərini də çox gözəl söylədilər. Amma sonda cəzalarını da çəkdilər...
- Sosial medianın jurnalistikaya təsiri necədir?
- Sosial media KİV-ə də bir az nizam verdi. Yəni gedib kimsələrin sözçüsü olanların lazımi dərsini verdi. Kimsənin gördüyü işləri alqışlamağın doğru və ya yanlışlığına baxmadan doğru olanı yayımlamağın lazım olduğunu jurnalistika öyrətdi.
- Jurnalistlərin sosial mediadan mənbə kimi istifadə etməsi nə dərəcədə doğrudur?
- Məncə, jurnalistlər informasiya almaq baxımından sosial mediadan istifadə edirlər. Yəni sosial media dünyada istifadə olunan ortaq bir dil olub. Buradan bütün sosial təbəqələr istifadə edirlər. Hətta uşaqlar ata-anlarını da bu işin içinə qatıblar. Artıq, sosial media dünyanı əhatə edən qlobal bir fəaliyyətdir. Bundan sonra da kütlənin buna doğru gedəcəyini düşünürəm.
- Gəncliyin sosial mediadan belə sıx istifadə etməsi onların gələcəkdə idarə olunmasında hansı çətinlik yarada bilər?
- Xeyr. Onların söylədiklərinin problem yaratmasını heç kim təsdiqləyə bilməz. Gənclərin sosial mediadakı fəaliyyəti qırmaq, dağıtmaq kimi terrorist bir hərəkət deyil. Onların dünyasında terrorizm yoxdur. Çünki onlar söyləyəcəklərini yazı ilə söyləyirlər. Mənfiliklərin ortaya çıxmasını heç kimsə istəmir. Onsuz da bunların məqsədi dünyanı barışdırmaqdır. Gəncliyin məqsədinin belə olduğunu düşünürəm. Ümumiyyətlə, düşünürəm ki, sosial mediadan bu məqsədlə istifadə olunmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info