“Bakı, Avropanın inkişaf etmiş ölkələrinin paytaxtlarının çoxunu arxada qoyub”
Tarix: 15.10.2014 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Bakıda hər il keçirilən Beynəlxalq Humanitar Forum Azərbaycanı dünyaya tanıtmaq baxımından da çox önəmlidir. Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun türk dilləri departamentinin rəhbəri, Milli İnstitutlar Şurası sədrinin müavini Mişel Bözdəmir söyləyib.
Forumda iştirak etməkdən məmnun olduğunu deyən M.Bözdəmir bildirib ki, dünyanın 60-dan artıq ölkəsindən siyasət, mədəniyyət və elm sahəsində tanınan çoxsaylı nümayəndənin bu tədbirdə iştirakı Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzdan xəbər verir. Yüksək səviyyədə təşkil olunan forumun ən müsbət cəhətlərindən biri də bu beynəlxalq tədbirdə ilk dəfə iştirak edən xarici qonaqlara Azərbaycanı daha yaxından tanıtmaqdan ibarət olub.
M.Bözdəmir forum çərçivəsində keçirilən “dəyirmi masa”larda müasir dövrümüz üçün aktual olan məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, tədbir çərçivəsində qonaqların Azərbaycanın bölgələrinə də səfər etmələri onların bu ölkə ilə daha yaxından tanış olmalarına imkanı yaratdı.
Sonuncu dəfə Azərbaycanda üç il əvvəl olduğunu bildirən M.Bözdəmir Bakının çox sürətlə inkişaf etdiyini, daha da müasir görkəm aldığını deyib. Bakı gecələrinin Las Veqası xatırlatdığını vurğulayan M.Bözdəmir deyib: “Mən deyərdim ki, Heydər Əliyev Mərkəzi dünyanın ən möhtəşəm arxitektura abidəsidir. “Alov qüllələri” də Bakıya xüsusi yaraşıq verir. Bir sözlə, Bakıda, nağıllarda deyildiyi kimi, özünü sanki sehrli bir aləmdə hiss edirsən. Bakı, Avropanın inkişaf etmiş ölkələrinin paytaxtlarından heç də geri qalmır, əksinə öz inkişaf səviyyəsinə görə onların çoxunu arxada qoyub”.
M.Bözdəmir son bir neçə ildə Azərbaycanı fransızlara daha yaxından tanıtmaq istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransanın müxtəlif bölgələrində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı təşkil etdiyi tədbirləri buna misal kimi göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info