Ötən 9 ayda Nərimanov rayonunda 3842 daimi iş yeri açılıb
Tarix: 15.10.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Dünən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonda 2014-cü ilin doqquz ayı üzrə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iclasda çıxış edərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakının aparıcı rayonlarından olan Nərimanov rayonunda da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini söyləyib.
İcra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2014-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib. Həmçinin bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artım əldə edilib. İstehlakçılara 1 milyard 886,1 manatlıq sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil edib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3842 daimi iş yeri açılıb. Milli Məclisin deputatı Rasim Musabəyov rayonda geniş vüsət alan abadlıq-quruculuq tədbirləri barədə öz fikirlərini bildirib və sakinlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. İclasın sonunda Abdin Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, insanlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində doqquz ay ərzində böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə tədbirlərin davam etdirildiyini söyləyib. O, qarşıda duran bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini ifadə edib. Sonda Prezidentin müvafiq sərəncamı ilə rayonun təhsil müəssisələrinin təltif olunmuş müəllimlərinə və sosial-iqtisadi, ictimai-mədəni həyatda fərqlənən digər şəxslərə icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Rövşən




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info