ABŞ və Rusiya “İŞİD”lə bağlı razılığa gəldilər
Tarix: 15.10.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Parisdə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında danışıqlar keçirilib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, ABŞ səfirinin iqamətgahında təşkil olunmuş görüş 3 saatadək davam edib. Lavrov və Kerri arasında görüş təkbətək söhbətlə yekunlaşıb. Nümayəndə heyətlərinin görüşündən əvvəl də Rusiya XİN rəhbəri və ABŞ dövlət katibi arasında iqamətgahın həyətində təkbətək söhbət olub.
Danışıqların yekunlarına dair Con Kerri qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Donetsk və Luqanskda referendumun nəticələrini tanımayacaq.
“Donetsk və Luqanskda müstəqillik haqqında referendum keçirmək cəhdləri Minsk sazişinin pozulması kimi qiymətləndirilir və onun nəticələrini nə Ukrayna hakimiyyəti, nə də beynəlxalq ictimaiyyət tanımayacaq”, deyə Kerri bildirib.
Kerri həmçinin qeyd edib ki, ABŞ və Rusiya arasında “İŞİD” terror qruplaşması ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info