“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı erməni saxtakarlığına tutarlı cavabdır
Tarix: 15.10.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunmuş “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının müzakirəsi keçirilib.
Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixinə həsr olunan kitabın məziyyətlərindən danışıb. Bildirilib ki, akademik Ramiz Mehdiyevin bu kitabı tariximizi saxtalaşdırmağa çalışan erməni müəlliflərə tutarlı cavabdır. Çünki monoqrafiyada Dağlıq Qarabağın tarixi çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında təqdim edilir. Əsərin rus dilində çap olunması Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaq.
Müzakirədə digər çıxış edənlər bildiriblər ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasında Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılıb. Zəngin tarixi faktlara söykənən mühüm elmi-nəzəri ümumiləşdirmələrin aparıldığı kitabın ali məktəblərdə tədrisinin vacibliyi vurğulanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info