Azərbaycan Yüksək Texnologiyalar Parkı HP şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Tarix: 15.10.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Yüksək Texnologiyalar Parkı ilə HP şirkəti arasında Anlaşma memorandumu imzalanıb. Bu sənəd Yüksək Texnologiyalar Parkında yeni texnologiyaların, yeni innovasiyaların tətbiqini nəzərdə tutur. Anlaşma memorandumu Yüksək Texnologiyalar Parkının icraçı direktoru Seymur Ağayev və HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri İnara Quliyeva imzalayıb.
Mərasimdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qeyd edib ki, Azərbaycan hazırda informasiya texnologiyalarının inkişafı, bu sahədə ixracyönümlü məhsulların istehsalını gücləndirmək istiqamətini seçib: “Hazırda dövlət informasiya texnologiyaları sahəsində sifarişçi qismində çıxış edir. Data mərkəzlər tikilməsi, proqram təminatı inkişaf etdirilməsi ilə bağlı böyük sifarişlər var. Təhsil, səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq olunması nəzərdə tutulub. Ümumiyyətlə, ölkədə bu sahədə böyük layihələr həyata keçirilir”. Nazirin sözlərinə görə, rabitə və yüksək texnologiyalar sahəsinin əsas inkişaf istiqamətlərindən biri proqram təminatının genişləndirilməsi, böyük proqramçı azərbaycanlı qrupun yaradılması, inkişaf etdirilməsi, habelə informasiya texnologiyaları sahəsini genişləndirmək, təkcə daxildə deyil, xarici bazara da çıxışı gücləndirmək, xaricə məhsul ixrac etmək, transmilli şirkətlərlə Azərbaycan şirkətləri arasında birgə layihənin həyata keçirilməsinə diqqət çəkməkdir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info