“Fələstin iqtisadiyyatının bərpa olunmasında Azərbaycanın məsləhətlərindən, təcrübəsindən yararlanmaq istərdik”
Tarix: 15.10.2014 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Azərbaycan və Fələstinin xarici işlər nazirləri “XİN-lərarası məsləhətləşmələr haqqında anlaşma Memorandumu” imzalayıblar.
Sənədin imzalanması bu gün Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Fələstin xalqını dəstəkləyir və hər zaman fələstinlilərin yanında olmağa, yardım etməyə çalışır: “Biz humanitar sahədə Fələstinlə sıx münasibətlər saxlayırıq. Amma istəyirik ki, bu münasibətlər daha da möhkəmlənsin və sistemli şəkil alsın. Siyasi, iqtisadi, humanitar sahələrlə yanaşı, təhsil sahəsində də Fələstinlə münasibətlərimizdə ciddi irəliləyişlər nəzərdə tutulub. Qərara almışıq ki, əməkdaşlığımızın mexanizmini yaratmaq üçün XİN-lərarası məsləhətləşmələr təşkil edək, ildə bir dəfə Ramallahda, bir dəfə də Bakıda görüşüb müzakirələr aparaq”.
Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki isə qeyd edib ki, Memorandum Azərbaycan və Fələstin xalqlarının bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək: “Biz Azərbaycandan çox razıyıq. Mən bu gün Prezident İlham Əliyevlə görüşdüm, onunla bir sıra məsələlər, o cümlədən Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Azərbaycan BMT-nin ən fəal və bütün normalara, qətnamələrə diqqətlə riayət edən üzvlərindəndir. Biz Fələstin iqtisadiyyatının bərpa olunmasında da Azərbaycanın məsləhətlərindən, təcrübəsindən yararlanmaq istərdik. Çox istərdik ki, Fələstin münaqişəsi ilə yanaşı, Qarabağ problemi də tezliklə həll olunsun”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info