“Nar Mobile” “Bakı-2015” Avropa Oyunlarının könüllülük proqramına dəstək verəcək
Tarix: 15.10.2014 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Nar Mobile” şirkəti “Bakı-2015” Avropa Oyunlarının könüllülük proqramını dəstəkləyir. Şirkət “Bakı-2015”in rəsmi rabitə tərəfdaşı olmaqla yanaşı, könüllülük proqramı ilə bağlı bir çox layihələr də həyata keçirəcək. Bu sözləri oktyabrın 15-də “Marriot Absheron Baku” mehmanxanasında təşkil olunan mətbuat konfransında “Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili deyib.
O bildirib ki, şirkətin əhatə etdiyi 140 mağazada bu proqramla bağlı təbliğat materialları paylanacaq. Həmçinin birinci Avropa Oyunlarında könüllü kimi iştirak edəcək hər kəsə 300 dəqiqə danışıq vaxtı, 300 SMS və 300 meqabayt internet trafiki olan sim kart təqdim olunacaq. Təşkilat Komitəsi ilə birbaşa əlaqə yaratmaq üçün xüsusi proqram təminatının yaradılacağını diqqətə çatdıran K.Maknili könüllülük haqqında qısametrajlı filmin çəkilişinin və sosial şəbəkələrdə geniş təbliğat kampaniyasının aparılmasının nəzərdə tutulduğunu vurğulayıb.
“Bakı-2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, qarşımızda 12 min könüllünün seçilməsi kimi böyük vəzifə durur. Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar. Onların sərf etdikləri vaxt, enerji və öhdəlik olmadan belə bir oyunları həyata keçirmək çox çətindir. İdmançılar və tamaşaçılar üçün könüllülər ilk Avropa Oyunlarının ictimai siması olacaqlar. Könüllülük bu əlamətdar və tarixi idman tədbirində mühüm rol oynamaq üçün gözəl şansdır.
S.Kleq könüllülərin təkcə gənclərdən təşkil olunmayacağını diqqətə çatdırıb. O, London Olimpiadasında könüllü kimi çıxış edən 77 yaşlı britaniyalı qadının “Bakı-2015”in bu proqramına müraciət etdiyini vurğulayıb. Hazırdan on mindən artıq ərizənin qəbul olunduğunu bildirən “Bakı-2015” rəsmisi bu prosesin davam etdiyini xatırladıb.
Sonra könüllüklə bağlı videoçarx nümayiş olunub, jurnalistlərin sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info