“Prezident Azərbaycanın multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çox böyük iş aparır”
Tarix: 15.10.2014 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Şirvan şəhərində, İmişli, Saatlı, Sabirabad rayonlarında ziyalılar, dini icmaların üzvləri və milli azlıqların nümayəndələri ilə çoxsaylı görüşlər keçirib.
Dövlət müşaviri bu şəhər və rayonlarda Ümummilli Liderin abidəsini ziyarət edib, Heydər Əliyev mərkəzlərində ictimaiyyət nümayəndələri və ziyalılarla görüşərək ölkə həyatının aktual məsələləri barədə fikir mübadiləsi aparıb.
Əsas diqqəti ümummilli lider Heydər Əliyevin siyasi əqidəyə çevirdiyi və Azərbaycan dövlətinin bugünkü inkişafının ideoloji dayağı olan azərbaycançılıq məfkurəsinə yönəldən dövlət müşaviri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasətin, dövlət-din münasibətlərinin prioritet istiqamətləri, eyni zamanda, ölkədə ictimai-siyasi sabitliyin və hərtərəfli inkişafın təminatı, milli mənəvi dəyərlərin qorunması, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən ardıcıl və məqsədyönlü fəaliyyət haqqında danışıb.
Bildirilib ki, dövlətimizin başçısının fərmanları ilə bir neçə ay əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işi aparmaq, müasir çağırışları insanlara çatdırmaq, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinin sahib olduqları etnik-mədəni dəyərlərin qorunmasını təmin etməkdir. Dövlət müşaviri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun son bir ayda həyata keçirdiyi layihələrin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini və bu layihələrin çox gözəl nəticələr verdiyini diqqətə çatdırıb.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun layihələrində birbaşa iştirak edən rayon ictimaiyyətinin nümayəndələri bu tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini vurğulayıblar.
Şəhər və rayonlarda fəaliyyət göstərən mərkəzi cümə məscidlərinə, dini sitayiş ocaqlarına baş çəkən dövlət müşaviri yerli dini icma üzvləri və ağsaqqallarla səmimi söhbətlər aparıb. Müzakirələr zamanı yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilib. Xüsusən gənc nəslin milli mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında din xadimlərinin üzərinə düşən vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, K.Abdullayev Saatlı rayonunun Fətəlikənd, Sabirabad rayonunun Bulaqlı kəndlərində yığcam yaşayan axısxa türkləri ilə də görüşüb, ziyalılar və dindarlarla ölkəmizdəki tolerant və multikultural mühitlə bağlı söhbət edib, sakinlərin fikirlərini dinləyib.
Səfər təəssüratlarını bölüşən dövlət müşaviri K.Abdullayev deyib: “Səfər etdiyim hər bir rayonun ən ucqar nöqtələrində belə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrini görmək bu ölkənin vətəndaşı kimi məni çox qürurlandırır. İnsanların dövlətimizə və dövlətçiliyimizə, ölkə rəhbərinə olan inamı və bağlılığı deyərdim ki, Azərbaycanın davamlı inkişafının əsas qarantıdır. Azərbaycan dövləti öz vətəndaşlarının həyat, ərzaq, enerji, informasiya təhlükəsizliyini ən yüksək səviyyədə təmin edib. Bu gün isə Prezident İlham Əliyev qətiyyətlə zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycanın multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çox böyük iş aparır. Bu, son dərəcə lazımlı və nəcib işdə etnik və dini müxtəlifliyindən asılı olmayaraq hər bir vətəndaşımız Azərbaycan Prezidentinin dəstəkçisi və dayağıdır”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info