Yubilyar pedaqoqlarla görüş
Tarix: 15.10.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Daim bizləri öz qayğı və nəvazişi ilə oxşayan, elmin məsuliyyətli və çətin, nahamar yollarında bələdçimiz olan müəllim əməyi unudulmazdır. Ömrünü gənc nəslin təlim-tərbiyəsi yolunda şam kimi əridərək ahıllaşan, müdrikləşən müəllimlərin bilik və təcrübəsi tükənməz mənəvi xəzinə, böyük məktəbdir. Öyrətməyi öyrənmək istəyən, müəllimlik sənətini həyat amalı seçənlər isə qocaman, təcrübəli pedaqoqların məsləhət və tövsiyələrini daha gərəkli biliblər. Ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamları bir daha təsdiq edir ki, Azərbaycan xalqı, dövləti müəllimə həmişə hörmət və ehtiramla yanaşmış, müəllim şəxsiyyətini, müəllim nüfuzunu hər zaman uca tutub: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". Naxçıvan Dövlət Universitetində də qocaman pedaqoqların əməyinin qiymətləndirilməsi, yubileylərinin qeyd olunması, onlarla görüşlərin təşkili çoxillik ənənəyə çevrilib. Növbəti belə tədbirlərdən birində çıxış edən universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda təhsil quruculuğundan, elmin inkişafına yönəldilmiş məqsədyönlü dövlət siyasətindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən bu müqəddəs və şərəfli peşə sahibləri müxtəlif fəxri adlar və titullarla təltif olunub, 15 sentyabr – Bilik Günü, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü hər il ümumrespublika miqyasında əlamətdar hadisə kimi qeyd olunub. Rektor kollektivdə çalısan qocaman pedaqoqları yubileyləri münasibətilə təbrik edərək onlara uzun ömür, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Universitetdə çoxillik elmi-pedaqoji fəaliyyət göstərmiş Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rəcəb Ağayev 80, Azərbaycan dilçiliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Muxtaroğlu və İqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev 75, İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru, Akif Mədətov 70, Coğrafiya kafedrasının baş müəllimləri Etiqad Bektaşi və Lətifə Novruzova isə 60 illik yubileyləri münasibətləri ilə universitetin fəxri fərmanları ilə təltif edilib. İqtisad üzrə fəlsəfə doktoru Akif Mədətov, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Muxtaroğlu, Rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi Əkbər Süleymanov Azərbaycan Respublikasının Əməkdar müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zərifə Nəcəfova tədbirdə çıxış edərək Azərbaycanın ali təhsil ailəsinin öndə gedən üzvlərindən olan, muxtar respublika ali təhsil tarixində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərməkdən qürur duyduqlarını bildirib, əməklərinə verilən yüksək qiymətə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd olunub ki, muxtar respublikada qabaqcıl təhsil işçiləri dövlət qayğısı və himayəsi ilə əhatə olunub, onların bilik və təcrübələrinin gənc mütəxəssislər arasında geniş yayılmasına daim diqqət göstərilib.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info