“Excelsior Hotel Baku”nun “Aura” sağlamlıq mərkəzində “Açıq qapı günü”
Tarix: 15.10.2014 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


"Excelsior Hotel Baku"nun "Aura" sağlamlıq mərkəzində jurnalistlər və ictimaiyyət nümayəndələri üçün "Açıq qapı" günü keçirilib, tədbir zamanı yoqa, aerobika və kallanetika üzrə nümunəvi çıxışlar təqdim edilib. Tanıtım ekskursiyasının gedişində qonaqlar "Aura" sağlamlıq mərkəzində quraşdırılmış idman avadanlıqları ilə ətraflı tanış olublar. Sonra "Aura" sağlamlıq mərkəzinin kallanetika üzrə məşqçisi Nailə Çançalaşvilli idman dərslərindən bir sıra hərəkətlər nümayiş etdirib. Bundan başqa, iştirakçılara məşqçinin məsləhətləri ilə məşğələlərdə iştirak etmək imkanı verilib. "Aura” Sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov sağlamlıq mərkəzinin kişilər və qadınlar üçün nəzərdə tutulmuş ayrı-ayrı zallarında keçirilən məşğələlər haqqında ətraflı danışıb. O, qeyd edib ki, məşqçilərdən ibarət peşəkar komanda hər kəs üçün fərdi olaraq məşq proqramı işləyib hazırlamağa kömək edir. Sağlamlıq mərkəzinə idman zalı, üzgüçülük hovuzları və sauna daxildir. Burada Amerikanın “Technogym” firmasının müxtəlif növ müasir idman avadanlıqları idmansevərlərin istifadəsindədir. Zalda sinə, kürək, qol, ayaq və.s üçün nəzərdə tutulmuş trinajorların, müxtəlif ağırlıqda çəki daşlarının köməyi ilə bədəndə olan artıq çəkini azaltmaq və ürək əzələlərini möhkəmləndirmək mümkündür. Hətta bu trenajorların bəzilərində məşq edərkən darıxmamaq üçün 30-dan artıq yerli və xarici televiziya kanallarını izləmək və internetə daxil olmaq mümkündür. Həmçinin, idman zalında uzunluğu 120 metr olan dairəvi qaçış zolağı, tennis və aerobika otaqları mövcuddur. Mərkəzdə tennis həvəskarları stolüstü, həm də, açıq havada tennis oynaya bilərlər. “Aura” sağlamlıq mərkəzində boks və fitnes dərsləri də keçirilir. Peşəkar trenerlər aerobika, kalanektika, yoqa, pilatos, boks, stolüstü tennis, skvoş, və böyük tennis məşqləri aparır. Aerobika məşqləri rəqs, addım və topla keçirilir. Ümumiyyətlə 15-65 yaş arası olanlar “Aura” sağlamlıq mərkəzində məşq edərək dincələ bilərlər. Sadəcə həmin mərkəzə gəlib üzv olmaq lazımdır. Üç, altı və bir illik üzvülük kartı əldə etdikdən sonra mərkəzin xidmətlərindən istifadə etmək olar. “Aura” sağlamlıq mərkəzi qadınlar üçün xüsusi təklif həftə içi səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edir. Təklifə fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, açıq havada tennis və skvoş zallarından istifadə daxildir. Qadınlar üçün bir aylıq abunə 175 AZN, 6 aylıq abunə 750 AZN və 1 illik abunə 1175 AZN təşkil edir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info