51100 nəfərə Prezident təqaüdləri təyin olunub
Tarix: 15.10.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Prezidentin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin 01 oktyabr tarixinə 51 100 nəfərə Prezident təqaüdü təyin olunub. Cari ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən 01 aprel 2014-cü il tarixdən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. BVM iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə cari il may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.
Eyni zamanda, 17 mart 2014-cü il tarixli Fərmanla I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 01 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info