100-dən çox ukraynalı hərbçi mühasirəyə düşüb
Tarix: 15.10.2014 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Luqansk vilayətində yüzdən artıq ukraynalı hərbçi mühasirəyə düşüb; ölən, yaralanan və əsir düşənlər var. “İnterfaks”ın verdiyi məlumata görə, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Gennadi Moskal bildirib.
G.Moskal qeyd edib ki, çərşənbə günü səhər “Baxmutki rayonu”ndakı vəziyyət haqqında dəqiq məlumat əldə olunub.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin və Milli Qvardiyanın 112 döyüşçüsü mühasirəyə düşüb. Bəzi yaralı və kontuziya almış hərbçilər əsir düşüblər. Onların arasında bir batalyon komandiri də var.
Məlumatda deyilir: "Yaranmış vəziyyəti kritik kimi xarakterizə etmək olar. Məhv edilən zirehli texnika, ölənlərin və yaralıların sayı barədə konkret məlumat yoxdur, çünki ağır texnikadan mütəmadi açılan atəşlə əlaqədar silahlı toqquşmaların getdiyi əraziyə yaxınlaşmaq qeyri-mümkündür”.
Bununla yanaşı, G.Moskal təsdiqləyib ki, ATƏT nümayəndələrinin telefonla "Luqansk xalq respublikası"nın rəhbərləri ilə razılığa gəlmək cəhdləri baş tutmayıb. Çünki yerli üsyançılar "xalq respublikası"na tabe olmur və özbaşına hərəkət edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info