Müsavatda daha bir gənc fəal partiyanı tənqid edərək istefa verdi
Tarix: 15.10.2014 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Amid Süleymanov: “Belə rəhbərliyi olan bir partiyada qalmağın heç bir mənası yoxdur”

Müxalifət düşərgəsində son zamanlar cərəyan edən proseslər burada təmsil olunan gənclərə də mənfi təsir edir. Artıq seçkilər keçirib qalmaqallar, saxtakarlı ittihamları ilə gündəmə gələn Müsavatda istefalar da başlayıb. Belə ki, Müsavat Gənclər Təşkilatının üzvü olan fəallardan biri partiyadan istefa verib.
Partiyanın gənc fəallarından sayılan Amid Süleymanov bildirib ki, 2005-ci ildən qeyri rəsmi dəstəkçisi, 2011-ci ildən isə rəsmi üzvü olduğu Müsavat partiyasından istefa verir: “Müsavatdan getməyimə səbəb uzun illər bu yolda həyatını qoyan şəxslərin övladları olan gənclərə belə partiya rəhbərliyini tənqid etdikləri üçün çəkinmədən iftiraların atılması, təhqir olunmaları (məlum gizli qrupda) və ən acınacaqlısı isə həmin şəxslərin partiyada hegemonluq etməsi, onlara “gözün üstə qaşın var” deyənin olmamasıdır.
Vəziyyət o həddə çatıb ki, həmin şəxslər çox rahat şəkildə partiyanın hansısa seçkili orqanına namizədliklərini verirlər. Gizli qrupda və açıq şəkildə Qubad İbadoğlunu dəstəkləyən müsavatçıları təhqir edənlərə qarşı bugünə qədər tədbir görülməyən və bu etik sərhədlərin tapdalanmasına göz yuman rəhbərliyi olan bir partiyada qalmağın heç bir mənası yoxdur”.
Qeyd edək ki, Müsavat partiyasının son qurultayından sonra sözügedən qurumun sıralarını 10-dan çox gənc tərk edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info