Müstəqillik günü münasibətilə konfrans
Tarix: 15.10.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Oktyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Dövlət Müstəqillik Günü münasibətilə “Mən fəxr edirəm ki azərbaycanlıyam” adlı konfrans keçirilib. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbir birliyin eyniadlı layihəsi çərçivəsində reallaşıb.
Tədbir Azərbaycan dövlət himninin oxuması ilə başlayıb.
Konfransda çıxış edən TUMİB-in sədri Çingiz Bayramov Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi tarixi dövrdən, ulu öndər Heydər Əliyevin xidmətlərindən, 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında konstitusiya aktının qəbul olunmasından danışıb.
Bildirilib ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı geniş informasiya yaymaq və bu sahədə təcrübəni bölüşmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmaq hissləri aşılamaqdır.
Tədbirdə çıxış edən digər natiqlər 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və layihəni yüksək qiymətləndiriblər.
Konfransda, həmçinin yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən də söhbət açılıb. Məlumat verilib ki, layihə çərçivəsində rəsm, şeir və mahnı müsabiqələri, gənc jurnalistlər arasında isə yazı müsabiqəsi keçirilib.
Sonda müsabiqə qalibləri mükafatlandırılıb.
Bu sətirlərin müəllifi də yazı müsabiqəsinin nəticələrinə görə 2-ci yerə layiq görüldü.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info