“Zorla baş məşqçi saxlamaq olmaz”
Tarix: 15.10.2014 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


“Joze Alesionun məsələsi hələlik açıq qalıb”. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Futzal millimizin və “Araz”ın sabiq çalışdırıcısı Joze Alesio ölkəmizdən qaçaraq, Qazaxıstanın “Kayrat” klubunda köməkçi məşqçi kimi işləməyə razılıq verib. Braziliyalı mütəxəssisin AFFA ilə müqaviləsini birtərəfli şəkildə pozmasını Elxan Məmmədov belə dəyərləndirib: “Onun məsələsinə baxılacaq. AFFA-nın hüquqşünası ilə bu barədə müzakirə aparacağıq. Müqaviləsinə riayət etmək istəməyən adamı zorla işlətmək olmaz. Ona görə də Alesionun özü ilə hələ indiyədək əlaqə saxlamamışıq. Onun bizə təzminat verməsi məsələsi hüquqşünasla məsləhətləşdikdən sonra dəqiqləşəcək”. Yığmamız seçmə mərhələnin İtaliya və Xorvatiya ilə oyunlarına Çexiya Hava Yollarına məxsus təyyarə ilə yollanmalı oldu. Bunun səbəbi qaranlıq qalırdı. Elxan Məmmədov buna belə izah verib: “Millimizin bu səfərlərə AZAL şirkətinə məxsus olan təyyarə ilə uçmamağının səbəbi var. Biz çarter üçün sifariş verərkən AZAL-a məxsus təyyarələrin hamısı reysdə idi. Onları 6 günlüyə səfərdə saxlatmaq üçün isə çox pul tələb olunurdu. Bu üzdən məcburiyyətdən Çexiyadan təyyarə sifariş etdik”.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info