Serbiya - Albaniya matçı yarımçıq dayandırıldı
Tarix: 15.10.2014 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Avro-2016-nın seçmə mərhələsində üz-üzə gələn Serbiya - Albaniya matçı yarımçıq dayandırılıb. Paytaxt Belqradda Bakı vaxtı ilə 23:45-də start verən görüş 41 dəqiqə oynanılıb.
Buna səbəb isə stadiona toplaşan azarkeşlərin davranışı olub. Belə ki, UEFA-nın da ən təhlükəli oyun adlandırdığı qarşılaşmanın ilk yarısının sonunda rəqib komandanın fanatları helikopterlə ölkələrinin bayrağını meydana endiriblər. Daha sonra ev sahiblərinin futbolçusu bayrağı qopartmağa çalışıb. Bu zaman alban və serb oyunçuları arasında gərgin anlar yaşanıb. Serbiyalı fanatlar isə meydana yanan maddələr ataraq, Albaniyadan olan futbolçuları döyməyə çalışıblar. Buna görə də görüşün İngiltərədən olan baş hakimi Martin Atkinson matçı dayandırıb.
Qeyd edək ki, yarımçıq dayandırılan oyunda hesab açılmayıb. Albaniya yığmasının heyətində “Qarabağ”ın sol cinah müdafiəçisi Ansi Aqolli də meydana çıxıb. Gərgin keçən matçın 34-cü dəqiqəsində Ağdam klubunun futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, Kosova məsələsi üzündən serblərlə albanlar arasında gərginlik uzun illərdi davam edir. Bunun üçün də UEFA Belqrada qonaq azarkeşlərin gəlməsinə qadağa qoyub. Lakin minlərlə alban Serbiyanın paytaxtına yollanıb. Matçın başlama saatından əvvəl şəhərdə bir neçə toqquşma baş verib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info