Bakıda şahmat üzrə Qran-Pri turniri başa çatıb
Tarix: 15.10.2014 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Muğam Klubda şahmat üzrə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri turnirinin üçüncü mövsümünün rəsmi bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov son illər ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada şahmat xüsusi yer tutur. Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Mahir Məmmədov isə deyib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib. Mərasimdə diqqətə çatdırılıb ki, ilk dəfə 2008-ci ildə Azərbaycanda keçirilmiş Qran-Pri turniri aramızdan vaxtsız getmiş, unudulmaz qrossmeysterimiz Vüqar Həşimovun qələbəsi ilə başa çatmışdı. Daha sonra qaliblər mükafatlandırılıblar. Bildirilib ki, turnirdə birinci-ikinci yerləri 11 mümkün xaldan 6,5 xal toplamış italyan Fabiano Karuano və israilli Boris Gelfand tutublar. Üçdən səkkizədək olan yerlərə hərəyə 6 xal toplamış rusiyalı qrossmeysterlər Aleksandr Qrişşuk, Sergey Karyakin, Pyotr Svidler, Yevgeni Tomaşevski və amerikalı Hikaru Nakamura sahib olublar. Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5,5 xalla doqquzuncu yerlə kifayətlənib. Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov və özbək şahmatçısı Rüstəm Qasımcanov hərəyə 5 xal toplayaraq 10-cu 11-ci yerləri bölüşüblər. Rusiya şahmatçısı Dmitri Andreykin 4,5 xalla 12-ci olub. Lenyer Dominges isə turnir cədvəlində sonuncu - 13-cü yerdə qərarlaşıb. Turnirin bağlanış mərasimi incəsənət ustalarının çıxışı ilə davam edib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info