“Avropa Şurası ikili standartlarla özünü, təbliğ etdiyi dəyərləri gözdən salır”
Tarix: 15.10.2014 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Sahib Alıyev: “Hüququn gücü deyil, gücün hüququ əsas götürülür”
Qərbdən idarə olunan beynəlxalq təşkilatların tez-tez ikili standartlara yol verdikləri ilə bağlı kifayət qədər faktlar mövcuddur. Bu cür faktlardan biri də Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresinin 27-ci sessiyasının plenar iclasında meydana çıxıb. Belə ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresinin 27-ci sessiyasının plenar iclasında “Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər” adlı məruzə dinlənilməlidir.
Millət vəkili Sahib Alıyev bu barədə “Palitra”ya bildirib ki, konqres bu hesabatda separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanı göstərsə də, Azərbaycan tərəfinin sərt təpkisindən sonra bizi də onların sırasına əlavə ediblər. Millət vəkili bildirib: “Amma onlara “sağ ol” deməyə adamın dili gəlmir. Çünki ancaq bizləndikdən sonra bu erməni təəssübkeşlərinin bizim də torpaqlarımızın işğal altında olduğu yadlarına düşüb”.
Millət vəkili daha sonra bildirib ki, əgər söhbət Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən gedirsə, Azərbaycan artıq bu məsələdə özü və öz gücündən başqa kimsəyə bel bağlamır: “Biz çoxdan bilirik ki, indi dünyada haqlı olan güclü yox, güclü olan haqlı sayılır. Yəni hüququn gücü deyil, gücün hüququ əsas götürülür. Sadəcə, bəzi beynəlxalq qurumlar, o sıradan da Avropa Şurası bu cür ikili standartlarla özlərini, təbliğ etdikləri dəyərləri gözdən salırlar. Hər kəs bilir ki, Ermənistan Avropa Şurasına girəndə münaqişənin sülh yoluyla həlli öhdəliyini boynuna götürmüşdü. Amma bu gün hər vəchlə bu həll prosesini ləngitməyə çalışır. Hamı onu da bilir ki, həmin Avropa Şurasının Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı qətnaməsi var. Maraqlıdır, artıq bir neçə dəfədir ki, eyni adamın həbsdən buraxılmasını dilə gətirən cənab Yaqland nədən bir dəfə də olsun, Ermənistan rəhbərliyindən BMT və özünün başında durduğu qurumun qətnaməsini yerinə yetirməyi tələb etməyib. Ona bu tələbi irəli sürməyə nə və kim mane olur?!”.
Qeyd edildiyi kimi, bir sıra beynəlxalq qurumların bizə qarşı bu cür ikili standartları və yaxud ermənisevərliyi birinci dəfə deyil. Bu barədə Azərbaycan özünə qarşı dəfələrlə haqsızlıqlarla üzləşib. Bu barədə kifayət qədər faktlar göstərmək mümkündür. Məsələn, düşmən Ermənistanda 1990-cı illərin sonlarında - seçki vaxtı insanları güllələdilər. Ermənistan parlamentində kütləvi güllələmə hadisəsi, demək olar ki, bütün dünya telekanallarında nümayiş etdirildi. İnsan həyatının bu qədər ucuz tutulduğu həmin ölkə ilə bağlı insan haqlarının kobud şəkildə pozulduğuna görə hər hansı sanksiya tətbiq edilmədi. Bu barədə həmin beynəlxalq qurumlar susdular. Yaxud 2008-ci ildə yenə də seçki ilə bağlı mart hadisələri zamanı Ermənistanda onlarla nümayişçi qətlə yetirildi. Həmin beynəlxalq qurumlar bu fakta da göz yumdular və yenə də Ermənistanın “başını sığallamaqdan” qalmadılar. Ümumiyyətlə, insan haqlarının kütləvi pozulması ilə məşhur, antidemokratiya nümunəsi, üstəgəl də işğalçı və təcavüzkar olan, parlamentariləri ilə bərabər, parlament sədri güllələnən Ermənistan, məhz bu cür xarici qurumlar tərəfindən “demokratiya”, “azadlıq” baxımından “Azərbaycandan öndə” kimi qələmə verilib. Məsələn, onlara görə Ermənistan “qismən azad ölkə”, Azərbaycan isə “azad olmayan ölkə”dir. Yoxsa bir milyondan artıq insanı əzəli torpaqlarından didərgin salan, kütləvi qətlə, soyqırıma və terrora məruz qoyan bir dövlət, həmin avropalıların təbirincə, “azad” sayılmalıdır?!
Yaxud Rusiya Krımı işğal edəndə, bu ölkəyə qarşı sanksiyalar tətbiq olunmağa başladı. Halbuki Ermənistan da Azərbaycan torpaqlarını işğal edib, bununla bağlı BMT-nin 4 qətnaməsi var. Bəs işğalçı Ermənistana qarşı niyə sanksiya tətbiq olunmur?! Axı Ermənistan da sırf işğalçı və üstəgəl, terrorçu dövlətdir?!
Yaxud daha bir misal. Avropa Parlamenti Ermənistanın işğalçı siyasətinə son qoyması tələbi ilə çıxış etmək əvəzinə, “xalq diplomatiyası” adı altında düşmənlə sıx əməkdaşlıq edən Leyla Yunus və Arif Yunus kimi ünsürlərin azad olunmasını, onların cinayətkar fəaliyyətinə maneçilik törədilməməsini “tələb edir” və bu tipli fəaliyyəti dəstəkləyir.
AP deputatları həqiqətən də ümumbəşəri insani və demokratiya təəssübünü çəksəydilər, 20 ildən artıqdır Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil edərdilər, Ermənistana təzyiq göstərməyə çalışardılar. Elə sonuncu misal da bir daha “azadlıq” və demokratiya” carçılarının elan etdikləri dəyərlərə tam zidd və qeyri-səmimi olduqlarını bir daha ortaya qoyur. Onları haqları əzilmiş xalqların, torpaqları işğal olunmuş ölkələrin hüquqlarının, ədalətin bərpası yox, sırf öz oyunları və bu oyunlar üzərində qurulan ikili standartlar maraqlandırır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info