“Vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər”
Tarix: 16.10.2014 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şərq-Qərb” nəşriyyat evində yenicə çapdan çıxmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabı ümummilli lider Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözləri ilə açılır.
Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm - mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də vardır. Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır. Ermənin Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyil.
Akademik onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş” Sanatruk və I Tiridat əslində mənşə etibarı ilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb. Müəllifin fikrincə, erməni təbliğatçıların bu sahədə məlumatı olmayan insanları qismən çaşdırmağa nail olmaları bununla bağlıdır ki, aramidilli edessallılar assimilyasiyaya uğrayaraq tarix səhnəsini tərk ediblər. Sonda akademik Ramiz Mehdiyev bu qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info