“Müxalif gənclərin Praqadakı əməlləri ləyaqətsizlikdir”
Tarix: 16.10.2014 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Çexiyanın paytaxtı Praqa şəhərində XVIII “Forum 2000” konfransı keçirilib. “Demokratiya və onun narazılıqları” adlı bu tədbirdə müxtəlif ölkələrdən 4 minə yaxın insan iştirak edib.
Forum çərçivəsində Praqanın müxtəlif mərkəzlərində panellər təşkil edilib. Forumda iştirak edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf qəzetimizə eksklüziv açıqlamasında bildirib ki, panellərdə Azərbaycan nümayəndələrinə də çıxış üçün yer verilib. Xatırladaq ki, panellərdə müxalifət fəalları Emin Milli, Bəxtiyar Hacıyev, Rəşad Əliyev və Vüqar Qocayev Azərbaycanın əleyhinə çıxışlar ediblər. Lakin Nərgiz Xələf auditoriyaya arqumentlərlə bu çıxışların yanlış olduğunu bildirib: "Paneldə E.Milli öz repertuarını davam etdirərək Xədicə İsmayılovanın Azərbaycandan çıxmasına icazə verilməməsinin qanunsuz olduğunu bildirdi. Həmçinin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar verdi. Mən çıxış edərək X.İsmayılovanın Elman Türkoğluna böhtan atdığını və ailəsini təhqir etdiyini xatırlatdım. Bildirdim ki, buna görə də X.İsmayılova məhkəməyə verilib. Bu səbəbdən də onun ölkədən çıxmasına icazə verilmir. Bütün bunları deyəndən sonra auditoriyadakı reaksiyalar maraqlı idi... Maraqlısı budur ki, E.Milliyə münasibətimi bildirəndən sonra ona sual verdim ki, burda bir insanın hüququndan danışırsan, amma bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz haqda bircə dəfə də olsun Avropada belə arenalarda danışmamısan. Qeyd etdim ki, bu problemin həll olunması ilə bağlı bir tələb irəli sürməmisən. E.Milli bu sözlərim qarşısında cavabsız qaldı”. N. Xələf dedi ki, hər zaman xaricdə belə konfranslarda regionun təhlükəsizliyi və Azərbaycanın inkişafı, bir milyondan artıq vətəndaşımızın hüquqlarının bərpa olunmasından danışırlar: “Bu "demokratiya" carçıları isə cinsi azlıqların dərdinə qalırlar. Bunlar çox bəsit mövzuları hər zaman gündəmə gətirirlər. İttiham etmək çox asandır. Amma məntiqlə düşünmək lazım ki, həmin ittihamın arxasında nə dayanır”. N.Xələf panellərdən sonra fərdi olaraq E.Milli və onun ideyadaşları ilə görüşərək bu kimi hərəkətlərinin yolverilməz olduğunu deyib: “Onlara çatdırdım ki, Avropada Azərbaycan haqda mənfi imic yaradan fikirlər yaymaqla özlərini hörmətdən salırlar. Azərbaycan haqqında mənfi fikirlər söyləmələrinin ləyaqətsizlik və şərəfsizlik olduğunu bildirdim. Onlar Avropada yaşayırlar və Azərbaycanda baş verənlərin birbaşa içində deyillər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info