“Bakı Humanitar Forumunda iştirakım mənim üçün qürurverici hadisədir”
Tarix: 16.10.2014 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakım mənim üçün qürurverici hadisədir”. Bu sözləri Forumun iştirakçısı, Yunan Qadın Jurnalistləri Avropa Şəbəkəsinin prezidenti xanım Eirini Nikolopoulou müsahibəsində söyləyib. E.Nikolopoulou deyib:
“Bu sevincin mənim üçün iki səbəbi var. Birincisi, heç vaxt əlaqə qurmadığım ölkələrdən - Qazaxıstan, Estoniya, Gürcüstan, İran və Qırğızıstandan olan ziyalılarla bir araya gəldim. Mən uzun müddətdir ki, səyahət edirəm, amma bu, həqiqətən də mənim üçün yeni bir dünya idi. Forumda fizika, iqtisadiyyat, kimya, tibb sahələrində 13 Nobel mükafatı laureatlarını, digər nüfuzlu insanları bir arada görmək mənim üçün böyük fürsət idi. Mən hətta iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarından Yunanıstanda baş vermiş iqtisadi böhran barədə müsahibə aldım.
Mənim üçün qürurverici amillərdən ikincisi isə Forumun əhəmiyyətidir. Dünyanın tanınmış jurnalistlərini, sənət, elm adamlarını, ziyalılarını bir arada görmək, bizim çox vacib ideyanın araşdırılması, bütün planetin bilik mərkəzinin ortasında olmağımı hiss etdirdi”.
E.Nikolopoulou daha sonra deyib: “Bakı mənim çox xoşuma gəldi. Birinci dəfə idi ki, İçərişəhəri ziyarət edirdim. Çox istərdim ki, bu gözəl şəhəri bir də görüm. Ümid edirəm ki, tezliklə buraya qayıdacağam. Yəqin ki, bu, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı olacaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info