Müsavat partiyasında bu dəfə kütləvi istefalar oldu
Tarix: 16.10.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Miryaqub Ağamirli: “Bu partiyada qalmağınız mümkün deyil”

Müsavat partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib. Təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaq, fəal rayon təşkilatlarından biri olduqlarını qeyd ediblər: “Amma qurultay ərəfəsində və qurultay sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir”.
Bölgə təşkilatı buna görə də bütün müsavatçılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edib.
Müsavat partiyasının Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli faktı təsdiqləyib. Onun sözlərinə görə, onları bu addımı atmağa Müsavat partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslə vadar edib: “Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu partiyada qalmağınız mümkün deyil. Mən artıq partiya üzvü deyiləm. Amma Müsavat ideyalarının daşıyıcısı kimi bu addımı təəssüflə atıram”. Qeyd edək ki qurultaydan sonra bir neçə fəal gənc partiyadan istefa vermişdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info